AVROPA PARLAMENTİ NÜMAYƏNDƏLƏRİNİN TƏLƏBİ:

ONLAR BELÇİKALI YARDIM İŞÇİSİNİN SƏRBƏST BURAXILMASINI İSTƏYİBLƏR

Avropa Parlamentinin bir qrup nümayəndəsi Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinə ünvanladığı birgə məktubda onlardan İranda saxlanılan belçikalı yardım işçisi Olivier Vandecastellin azad edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmələrini istəyib.

Avropa Parlamentinin 61 üzvü bu məktubu imzalayıb. Onlar bu məktubu Avropa Komissiyasının sədrinə, Avropa Şurasının rəisinə, Avropa İttifaqının xarici siyasət rəhbərinə, ayrıca Avropa Parlamentinin sədrinə yazıblar.

Avropa Parlamenti nümayəndələrinin məktubunda deyilir: “Ötən avqust ayından Tehranın Evin həbsxanasında həbs olunduqdan və işgəncələrə məruz qaldıqdan sonra cənab Vandecastell vəkilləri və yaxınlarının bilmədikləri bir yerə köçürülüb”.

Bu məktubu imzalayanlar bu Belçika vətəndaşının həbsini “özbaşına” adlandırıb və cənab Vandecastellin həbsxanadakı vəziyyətini “tamamilə qeyri-insani və dəhşətli” adlandırıblar. Daha öncə Belçika hökuməti Vandecastellin azadlığa buraxılmasına çalışarkən onun həbsxanada saxlanma şəraitini tənqid etmişdi.

Cənab Vandecastell 11 ay öncə İranda İnqilab Keşikçiləri kəşfiyyatı tərəfindən həbs edilib. İnqilab Məhkəməsi bu belçikalı yardım işçisini casusluq ittihamı ilə ümumilikdə 40 il həbs cəzasına məhkum edib ki, bunun 12,5 ili İslam Cinayət Məcəlləsinə uyğun olaraq icra oluna bilər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.