ƏFQAN QAÇQINLARI – NİYƏ SIĞINACAQ VERİLİR, NİYƏ İNCİDİLİR?

Tehranı heç cürə başa düşmək olmur-bir tərəfdən ölkədən sığınacaq almış əfqanlar gözümçıxdıya salınır, qeyri-insani davranışlarla üzləşir, digər tərəfdən “Taliban”la Səudiyyə Ərəbistan arasındakı nifaq möhkəmləndirilir.

Tehran rejimi böhrandan çıxış yollarını aramaq, qaçqınların və müxaliflərin hakimiyyətlə münasibətlərini tənzimləmək əvəzinə, özünə oxşar rejimlə əlaqələrini möhkəmləndirir. Nəticədə xarici siyasətdə də boşluq yaranır.

İranın Ukraynaya qarşı siyasəti də buna oxşardır, ikili standartlara söykənir. Bu da “güclünün yanında olmaq” meylindən irəli gəlir. Bunu riyakarlığa aid daha bir nümunə saymaq olar.

Gələk bir daha əfqan qaçqınlarına və bu şəxslərin başlarına açılan əməllərə. Onların ömrü yaş əskiyə bükülüb, hara gəldi atırlar. Hadisələrin sonunu fikirləşmədən zülmə əl atırlar. Çəkilən videolar və sənədlər bunlardan ətraflı söz açır. Çox qəribədir ki, İranda anadan olan əfqanlar belə bu ölkədən rəsmi sığınacaq üçün sənəd ala bilmirlər. Onlar haqlı olaraq sual verirlər ki, məgər bura müsəlman ölkəsi deyil, onları bu hüquqdan da məhrum ediblər. Qaçqınlar təhsil hüququndan da məhrumdurlar.

Bu qadağa bilavasitə aşağılardan gəlib yuxarılar tərəfindən müdafiə olunur. Məsələn, Elmi Tədqiqat və Texnologiya Nazirliyinin beynəlxalq tələbə işləri üzrə baş direktoru Cəfər Rəzzaqi universitetlərin tədris işləri üzrə prorektorlarına yazdığı məktubunda əfqanların ali məktəblərə qəbulunu dayandırmağı istəyib.

Hazırda minlərlə əfqan İranda zəlil halında saxlanılır. Həbslərdə olanların sayı kifayət qədərdir. “Taliban” hökumətinin baş prokuroru Şəmsəddin Şəriəti bu insanların zorla qaytarılması barədə müzakirələr aparıb. Hərçənd qeyri-qanuni akt olsa da sonunda İrandakı maraqlara uyğun həll ediləcəyi gözlənilir.

BMT-in Ali Komissarlığına istiadən bildirilir ki, hər hansı qaçqını zorla Əfqanıstana qaytarmağa heç kimin ixtiyar yoxdur. Faktlar göstərir ki, İran hökuməti hələlik 65 faiz əfqanı zorla vətəninə göndərib.

Yəqin sonda İranpərəst əsl müxalifətçilər qalacaqdır ki, bu barədə seperat danışıqların gedəcəyi şübhəsizdir.

Şərhlər bağlıdır.