İRANDAN ABSURD FİKİR: BİZ “MÜSƏLMAN QARDAŞLAR”NI TERROR TƏŞKİLATI HESAB ETMİRİK

“Al Alam” televiziya kanalının verdiyi xəbərə görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Əmir Abdullahiyan Misir hökumətinin HƏMAS-ı terror təşkilatları siyahısına salmağına münasibət bildirib. O deyib: “HƏMAS-ın Misir hökuməti tərəfindən terror təşkilatları siyahısına salınması bu ölkənin “Müsəlman Qardaşlar”a münasibətindən irəli gəlir. İranın Misirin bu addımları ilə bağlı ciddi fikir ayrılıqları var. Biz “Müsəlman Qardaşlar”ı terror təşkilatı hesab etmirik”.

Qeyd edək ki, beynəlxalq aləmdə bu qurumun adı terrorçu təşkilat kimi tanınır. Misir hökuməti “Müsəlman Qardaşlar”ın lideri Məhəmməd Bədini ömürlük həbs edib. Bundan əvvəl isə təşkilatın yüzlərlə üzvü edam edilib və ya ömürlük həbsə məhkum olunub.

Çox təəssüf ki, ölkəmizin bəzi media vasitələri xəbəri yayarkən bu faktın üzərindən sükutla keçir. Bunun üzərində düşünməyə dəyər!

Şərhlər bağlıdır.