MOLLA REJİMİ XUDAFƏRİN TOPLANTISININ QARŞISIN ALDI

Səudiyyə Ərəbistanı ilə sülhə nail olan molla rejimi Azərbaycan Respublikası ilə müharibə aparmaq istəyir. Rejim “Hüseyniyyə” qrupu vasitəsi ilə Azərbaycana təzyiq edir. Sual verilir ki, Azərbaycan Respublikası xalqına və siyasətçilərinə qarşı törədilən terror aktlarını pislədikdə niyə bəzi İran muxalifətçiləri susur?

Media və mərkəzçi iranlı siyasi təşkilatlar indiyə qədər Ermənistanın işğalını müdafiə ediblər. Onlar Azərbaycanla bağlı həmişə susublar və hətta yalan məlumatlar yaymağa cəhd ediblər. Baxmayaraq ki, uşaqları qətlə yetirən molla rejimi erməni işğalı illərində və Qarabağın azad edilməsi əməliyyatı dövründə Ermənistanın yanında olub və bu gün də Azərbaycanı hədələməkdə davam edirlər. İranda xarici və daxili müxalifətin bilərəkdən susması onların Tehranın cinayətkar hakimiyyətinə rəğbətini göstəricisidir. Burada türklərə qarşı düşmənçiliyi, saxta fars kimliyini yaradan amilləri əsas kimi göstərməy olar. Buna görə də mollalarla fars təmayüllü müxalifət arasında ortaqlıq var. Beləliklə, bütün kök fərqlilikləri ilə vahid məxrəcdə əldə olunan anlaşma, yəni türk ölkələri ilə tarixi alçaqlıqlardan qaynaqlanan düşmənçilik və inadkarlıq vəhdət təşkil edir.

Aprelin 2-də (fərvərdin ayının 13-ü) Azərbaycan xalqının bir hissəsi qələbənin zirvəsində Prezident İlham Əliyevin “Dostluq körpüsü” adlandırdığı Güney Azərbaycan – Quzey Azərbaycan sərhədində yerləşən Xudafərin körpüsünün cənub ətəyinə toplaşdı. Böyüyən toplantı ənənəvi 13-cü Bədr adlı tədqiqata hazırlaşan İran Ordusu və rejimin repressiya qüvvələrinin diqqətini çəkdi. Onlar yerin geniş olmaması bəhanəsi ilə daha çox insanın toplaşmasına mane oldular.

Lakin aşağıdakı videodan da göründüyü kimi uzun zəncirli şəxsi avtomobillər yolun kənarında dayanaraq rejim məmurlarının əmr və qadağalarına məhəl qoymayıblar. Bu videoda Vüsal və Xudafərin körpüsündə baş verənlər aydın görünür.

Ora toplaşanlar təbii ki, bir neçə gün rejimin Təbrizdə Azərbaycan Konsulluğunun qarşısında aparılan təxribata cavab almaq istəyirdirlər. Onlardan biri video yazısında deyir: “Salam əziz muxatəblər, bu videonu istərəm diqqətlə baxasınız. Orada gördüyünüz kimi Güney azərbaycanlıların bir böyük toplum hissəsi Araz çayının Xudafərin körpüsünün ətrafına toplaşmaq istəyirlər. Ancaq körpünün yaxınlığında olan tuneldən başlayaraq molla rejimi körpüyə yaxınlaşmağın qarşısını alır. Rejim bəhanə gətirir ki, parkinglərdə yer yoxdur, hal bu ki, orada olan parkinglər tam boşdur. Bizi qoymadılar körpüyə gələk. Bayramın 13-dür. Bizi o boğazda saxladılar ki orada yer yoxdur. Şəkildə gördüyünüz kimi trafik haradan başlayıbdır və nə qədər güneyli Xudafərin körpüsünə həsrətlə yanaşmaq istəyir. Yolu bağlayıblar ki, biz Vüsal və Qardaşlıq körpüsünə tərəf gedə bilməyək”.

Əminik ki, molla rejimi güneyli və quzeyli qardaşlarımızın birliyinin qarşısını ala bilməyəcək.

Abdulla Əmir Haşimi Cavanşir,
publisist, İsveç

Şərhlər bağlıdır.