İRANDA BƏLUÇLAR ETİRAZ AKSİYASI KEÇİRİBLƏR

Sistan və Bəlucistan İranın döyüşkən əyalətlərindəndir. İndi hökumətin başlıca qayğılarından biri rejim əleyhinə hər həftə həyata keçirilən aksiyaların və etirazların qarşısını almaqdır. Məhsa Əmininin vəhşicəsinə qətlə yetirilməsi digər etniklərin də mübarizə əzmini gücləndirib. Hadisədən ötən qısa zaman kəsiyində milli zülmə, haqsızlığa məruz qalan əyalətin hüquqları pozulan insanları hər həftə etiraz toplantıları təşkil edirlər.

Bu toplantıların hər biri itkisiz ötüşmür. Güman edirdilər ki, bayram tətilində ara bir qədər sakitləşər. Lakin martın 31-i günortadan sonra İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində hökumətə qarşı növbəti aksiya keçirilir. Bu barədə  Bəluç Fəalların Kampaniyası və müxalif media məlumat yayıb.

26 həftədir ardıcıl olaraq cümə namazından sonra keçirilən nümayişlər öncə səssiz yürüş kimi baş tutur. Sonradan Əli Xamenei və SEPAH-a qarşı şüarlar səsləndirilir.

Zahidan şəhərinin Məkki məscidindən başlayan aksiyanın ətraf küçələrə yayıldığı və bir neçə sünni məzhəbli etnik bəluçun həbs edildiyi bildirilir.

Şərhlər bağlıdır.