İRANDA YERLİ AVTOMOBİLLƏR YOXSA “HƏRƏKƏT EDƏN TABUT” 

İranda yerli istehsal olan avtomobilləri sakinləri çox vaxt ölüm mənbəyi adlandırırlar. Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə “hərəkət edən tabut” adı veriblər. Əslində bu narahat ifadədə bir həqiqət var. Gəlin faktlara nəzər salaq. Ölkədə son iki həftədə, bayram tətilləri zamanı yollarda baş verən qəzalar nəticəsində 871 nəfər həyatını itirib. Onların yarıdan çoxu İranda montaj edilən və yerli istehsal sayılan “Pride” və “Peugeot” avtomobillərinin sürücü və sərnişinləridir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalında ciddi çatışmazlıqların olduğunu söyləyib. Lakin sədr bu çatışmazlıqların aradan qaldırılması tədbirlərinin üstündən sükutla keçib.

Şərhlər bağlıdır.