İranın ən yüksək təhlükəsizlik rəsmisinin oğlunun ABŞ pasportu var. Bu, İslam Respublikasının ali icra və təhlükəsizlik orqanının rəhbəri, dini rəhbər Xameneyinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və katibi olan Əli Şamxaninin oğlu Əbülfəzl Şamxaninin “Green card” sənədinin fotosudur.
Daim “Amerikaya ölüm olsun” deyən molla rejiminin yüksək vəzifəli məmurunun oğluna ABŞ hökuməti tərəfindən yaşayış icazəsi verməsi başqa söhbətin mövzusudur.
Ötən günlərdə məlum oldu ki, Əbülfəzl Şəmxani İrandan neft ixracına lisenziyası olan yeganə şəxsdir və o, hər gün Amerika sanksiyaları nəticəsində 1 milyon dollara yaxın gəlir əldə edir!
Bu isə o deməkdir ki, ABŞ-in yaşıl kartına sahib olan şəxs Amerika sanksiyalarını qüvvədən salmaq öhdəliyi götürüb!
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.