“MALI ÇOX, GÜNÜ QARA” TAMAŞASI TƏBRİZDƏ NÜMAYIŞ ETDİRİLİB

Təbrizin “22 Bəhmən” kinokompleksinin “Siyami” zalında rejissor Yaqub Sədiq Camalın hazırladığı, Azərbaycan türkcəsində “Malı çox, günü qara” tamaşası nümayiş olunub.

Rejissor Yaqub Sədiq Camal çıxışı zamanı Təbrizdə sənət adamlarının ağır durumundan gileylənərək deyib:

“Son nəfəsimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq, yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor nümunələri əsasında hazırlanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.