MARAĞADA TƏBİƏT ABİDƏSİ MƏHV OLMAQ ÜZRƏDİR

Azərbaycanın Marağa şəhərinin Aşağı Çuvan kəndində əhəng mədənin istismara verilməsi səbəbindən 200 milyon illik təbiət abidəsi sayılan Çəpər mağarası məhv olmaq ərəfəsindədir.

Media fəalları xəbər verir ki,media fəallarının verdiyi məlumata görə, təbiət abidəsinin məhv olmasının qarşısının alınması üçün vətəndaş cəmiyyəti təşkilatları və yerli əhalinin müraciətləri cavabsız qalıb.

Bu təşkilatlar əvvəlcə Marağa prokuroruna məktub yazıb, bu təbiət abidəsinin dəyərinin nəzərə alınmasını istəyiblər.

Onlar ətraf mühit, təbii sərvətlər və mədəni irs idarələrindən ekspert nəzəriyyələrinin alınmasını, bu vandallığı törədənlər barəsində qanuni tədbir görülməsini tələb ediblər.

Qeyd edək ki, 200 milyon illik mağara ilk geoloji dövrdə əmələ gəlib və 2014-cü ildə mağara tədqiqatçıları tərəfindən aşkar edilməsinə, yüksək tarixi və təbii əhəmiyyətinə baxmayaraq, milli abidələr siyahısında qeydə alınmayıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.