Nizami sağ olsaydı…

Nizami sağ olsaydı…
Hayların burunlarını hərb meydanında əzməklə bərabər, mədənitarixi sərvətlərimizi özününküləşdirmələri ilə də pis-yaxşı
mübarizə aparırıq.
Lakin bu azmış kimi, indi də İranın fars-molla hökumətinin
Nizami Gəncəvini “fars”laşdırmaq üçün yol verdiyi saxtakarlığa,
dələduzluğa qarşı mübarizə aparmalı olacayıq. Mollalar bu saat
Nizamiyə “fars şairi” donu biçmək üçün dəridən-qabıqdan çıxırlar.
Nizami Gəncəvi indi sağ olsaydı, çox güman ki, İran hökumətinin
onu zorla “fars”laşdırmaq cəhdlərinə istehza ilə yanaşar, üstəgəl
fars mollalarının ünvanına bir-iki sərt həcv də yazardı. Lakin heyf
ki, bu gün Şeyx babamız özünü müdafiə edə bilmir.
Ona görə də böyük Azərbaycan övladı, qədim Gəncənin yetirməsi
Nizami Gəncəviyə tam gücü ilə sahiblənməyimiz həqiqətən də
artıq şərəf məsələsinə çevrilməkdədir.
Həmçinin Şah İsmayıl Xətaiyə də sahiblənməliyik. Şah babamız
da lap çoxdan mollaların hədəfindədir. Və Nizaminin ardınca
yəqin ki, Şah İsmayıl Səfəvini də “fars”laşdırmaq,
“iranlı”laşdırmaq üçün kampaniya başladacaqlar.
Biz bu kimi məsələlərdə cənub qonşumuzun təxribatlarını önləmək
yönündə əsla passivlik göstərməməliyik. Çünki bu gedişlə bir də
görəcəyik ki, xislət etibarilə irqçi-türkəfob haylardan heç də geri
qalmayan panfarsçı molla rejimi hətta İranın hansısa bir kəndini
UNESCO tərəfindən bizim Gəncəli Nizaminin “ata yurdu” kimi
qeydiyyatdan da keçirib.
P.S.
Bir sözlə, ermənilərlə işi bitirdikdən sonra əsas mübarizə
istiqamətimiz İranın mədəni-ideoloji təxribatlarını önləmək
olmalıdır.
P.P.S.
Yeri gəlmişkən, mayın 23-də Şah İsmayıl Xətainin vəfatının 500-
cü ildönümü tamam olur. 500 illiyi qeyd etmək lazımdır.
Bəybala MİRZƏYEV,
politoloq.

Şərhlər bağlıdır.