İsveç və Avropa rəhbər qurumlara müraciət

Ermənistanda keçirilmiş parlament seçkilərinı münasibətlə əlaqədar, İsveçdə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi - QARABAĞın əlaqələr məsulu və həmçinin Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi, İsveç və Avropa İttifaqı rəhbər qurumlarına bəyanat ünvanlayıb. Bəyanatda İsveçdə yaşayan Azərbaycan mənşəli vətəndaşlar Ermənistanın 7 iyun 2026-cı il parlament seçkilərinin beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilməsində vahid və ardıcıl meyarların tətbiq olunmamasından narahatlıqlarını ifadə edirlər. Hesab edilir ki, demokratik prinsiplər və insan hüquqları bütün ölkələrə eyni şəkildə tətbiq edilməlidir,, həmçinin Ermənistanda seçki prosesi ilə bağlı bəzi ciddi iddialar – müxalifət nümayəndələrinin toxunulmazlığının ləğvi, həbslər və seçki pozuntuları barədə məlumatlar – beynəlxalq reaksiyalarda kifayət qədər əks olunmayıb. Vurğulanır ki, digər hallarda, xüsusilə Azərbaycanla bağlı vəziyyətlərdə daha sərt reaksiyaların verilməsi beynəlxalq yanaşmada uyğunsuzluq və ikili standart yanaşma yaradır. Nəticə olaraq, bəyanat beynəlxalq təşkilatları seçkilərin qiymətləndirilməsində eyni meyarların tətbiqinə, şəffaflığa və obyektivliyə çağırır.

Şərhlər bağlıdır.