Şərqşünaslıq İnstitutunun əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq konfransda

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin əməkdaşları
Aynurə Məmmədova və Elnarə Bünyatova Özbəkistanda
keçirilən beynəlxalq konfransda iştirak ediblər.Özbəkistan Dövlət
Dünya Dilləri Universitetinin Dünya ədəbiyyatı fakültəsinin keçirdiyi
“Dünya ədəbiyyatının aktual məsələləri və müqayisəli
ədəbiyyatşünaslıq” mövzusunda konfrans mayın 7-8-də Daşkənddə
baş tutub.
Aynurə Məmmədova “Qərb və Şərq mütəfəkkirlərinin ədəbi-bədii ideyaları”
mövzusunda məruzə edib. Müasir ədəbiyyatşünaslıqda Qərb və Şərq
kontekstinin tədqiqinin mühüm məsələlərdən biri olduğunu söyləyən
məruzəçi ötən əsrin 30-cu illərindən oxşar və fərqli cəhətlərin
müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatlarda insanın mənəvi-
estetik inkişafı prosesində ədəbiyyatın xüsusi əhəmiyyəti olduğunu qeyd
edib.
Elnarə Bünyatova “Şərq və Qərbin sivilizasiya, ədəbi və kulturloloji
xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzədə bu sivilizasiyaların
ədəbi və kulturoloji xüsusiyyətləri, onların müasir dünyada qarşılıqlı əlaqəsi
nəzərdən keçirilib. Məruzəçi Qərb ölkələrinin, ilk növbədə, Avropa və ABŞın qarşılıqlı fəaliyyətində yüksək dərəcədə konsolidasiya müşahidə
olunduğunu, bundan əlavə, tədqiqatçıların Şərqi Qərb dünyası adlandırılan
ölkələrdə əhəmiyyətli ideoloji və mədəni fərqlərin olduğunu qeyd edib.

Şərhlər bağlıdır.