3 sual, 3 cavab…

3 sual, 3 cavab…
1-Azərbaycan milləti hansı yollarla Cəhalət və məzhəbin xurafat
pəncəsindən qurtula bilər?
2- Azərbaycan milləti hansı yollarla azad olub, öz taleyini öz əlinə ala bilər?
3- Azərbaycan Qadınları hansı yollar ilə orta əsrlərin gələnəklərindən,
patriarkal şərayitdən azad olub, bərabər hüquqa malik olan insanlar ola
bilər? – istemar şərayitində yaşayan Güney Azərbaycan milləti ancaq öz
müqəddəratını öz əlinə almaqla, milli dövlətinin quruluşu və demokratik
cümhuru dövlət sistemin bərpası ilə milli azadlıq hədəfinə çata bilir.Tehran
Molla rejimi gedəndən sonra : A- Azərbaycanın idarəsi milli təşkilatlar
tərəfindən ələ alınıb , Müstəqil Azərbaycan dövləti elan və bərpa olmalıdır.
B-1-2 ildən sonra tam azad bir mühitdə domokratik referandum keçirilib,
Azərbaycan millətinin rəyi soruşulmalıdır.
C-Əyəm Azərbaycan millətin istəyi İran adlanan ölkədən ayrılmaq olursa , o
zaman müstəqil bir ölkə kimi öz sərhəd kadrında qalıb, özünü idarə
etməlidir.
D- Əyəm millətin istəyi İran adlanan ölkənin cuğrafiya kadrında qalmaq
olursa, o zaman “Müstəqil Azərbaycan dövləti” iranda qalmaq istəyən
başqa millətlərin dövlətləri ilə birlikdə “İran dövlətlər birliyi” tərkibində yer
almalıdır.
E- Müstəqil Azərbaycan dövləti hər 5-6 ildən bir dəfə Azərbaycanda yeni bir
referandom keçirib, “İran dövlətlər birliyi” tərkibində qalıb və ya oradan
çıxmaq qərari almalıdır. – Cəhalət və xurafatdan qurtuluş üçün Güney Azərbaycan milləti Laiklik
sistemi seçməlidir. Çünkü Din və məzhəbin təsiri altında olan Anayasa,
həmçinin dövlət siyasəti (sosyal-iqtisad siyasət, kultur və təlim-tərbiət
məsələləri) cəmiyyətdə ədalətsizliyin, cəhalət və xurafatın çoxalmasına
səbəb olur. -Qadınların patriyarkal-ənənəvi kulturdan azad olmaları üçün, qanun
qarşısında hüquq bərabərlikləri təzmin olmalıdır. Qadınlar cəmiyyətdə
bərabərhüquqlu iqtisadi-ictimai- fəaliyyət imkanı qazanmaqla ev mühitinin
çarçıvasından azad olmalıdır. onlar işləyib, öz ayağı üstündə dayanıb və
kişilərin
pul və gəlirlərindən asılı olmamalıdır! Azad insan kimi,
azadlıqsevən uşaqlar tərbiət edib və nəhayət ölkənin tərəqqi və inkişafı
üçün öz vəzifələrini yerinə yetirməlidilər. – Azərbaycan dövləti müəyyən bir dərəcədə ölkə iqtisadiyyatının idarəsində
iştirak etməlidir. Xüsusi bölümə əhəmiyyət verməklə yanaşı, ölkənin
sənayeləşdirməsi üçün dövlət tərəfindən böyük projelər həyata keçirməlidir.
Əhməd Omid Yazdani

Şərhlər bağlıdır.