140 İL ƏVVƏL ŞÜŞƏ QABDA TAPILAN MƏKTUB

140 İL ƏVVƏL ŞÜŞƏ QABDA TAPILAN MƏKTUB
İndiki vaxtda göndərilən mesaj qarşı tərəfə bir anda çatır, lakin bəşər tarixi
bir çox başqa ünsiyyət üsullarını görüb. İnsan oğlunun göndərdiyi və yüz
illər boyu qorunan ilk məktublar şüşənin içərisinə qoyularaq dənizə atılan
və ya torpağa, divarlara basdırılan mesajlardır.
Azerbaycan-ruznamesi.org lent.az-a istinadən xəbərinə görə, 2018-ci
ildə Tonya İlman Avstraliyadakı Vedge adasının şimalındakı
çimərlikdə antik butulka tapdı.
Tonya şüşənin içində möhkəm bükülmüş və iplə sarınmış nəm kağız
gördü. Kağızı evdə qurudandan sonra onu açıb oxudu. Məlum oldu ki,
məktub 140 il əvvəl aparılmış təcrübənin bir hissəsi olaraq şüşəyə qoyulub
və dənizə atılıb.
Alman Hərbi Dəniz Rəsədxanası dünya okeanlarındakı səth axınlarını
öyrənmək üçün mesaj şüşələrindən istifadə edib.
Təcrübədə iştirak edənlərin qeydlərində gəminin tarixi və koordinatları,
gəminin adı, eləcə də marşrutu, habelə tapan şəxsdən şüşəni Alman Hərbi
Dəniz Rəsədxanasına qaytarmaq xahişi, gəminin yeri, həmçinin tarixi
göstərilmişdi.
Şüşə və qeyddə onun 1886-cı ildə Uelsdən İndoneziyaya üzən gəmidə
olduğu bildirilirdi. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Rəsədxanasının
mütəxəssisləri tapıntını araşdırdılar, kağıza tarix qoydular və mesajın
həqiqiliyini təsdiq etdilər.
Qərbi Avstraliya Muzeyinin dəniz arxeologiyası üzrə kurator köməkçisi Dr
Ross Anderson Almaniyada aparılan arxiv axtarışı nəticəsində Paulanın 12
iyun 1886-cı ildə şüşənin dənizə atıldığını bildirən orijinal hava qeydini
tapdığını söylədi. Bu məlumatlar mesajdakı məlumatla tamamilə üst-üstə
düşür.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, “bir şüşədəki ən qədim mesaj” adı
üçün başqa iddiaçılar da var. 2022-ci ildə Şotlandiyada bir santexnika evin
döşəməsinin altından 135 il əvvələ aid yazı olan şüşə tapdı. Daha bir köhnə
qeyd Nyu-Cersidə çimərlikdə tapılıb, lakin bu tapıntıların yaşı ekspertlər
tərəfindən təsdiq edilməyib.
İlhamə HƏKİMOĞLU

Şərhlər bağlıdır.