ABŞ-LA İRANIN GİZLİ MÜZAKİRƏLƏRİ

ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya
qalxaraq cümə axşamı İrana gedib.Bu barədə Küveytin “Əl-Ceriə” qəzeti
məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasındakı yüksək vəzifəli mənbə “Əl-Cəridə”
qəzetinə bildirib ki, ABŞ-nin təhlükəsizlik üzrə nümayəndə heyəti Omanın
vasitəçiliyi ilə İrana səfər edib və İsrail baş nazirinin Benyamin Netanyahu
planlaşdırdığı böyük müharibədən qaçmaq üçün Tehrana sakit və
xəbərdarlıq mesajı çatdırıb.
Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları,
Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.
Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın
hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.
Qəzet ABŞ-ın İrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD
agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.
“Əgər biz dərhal nüvə sazişi bağlasaq, Netanyahuya ən böyük zərbəni siz
vuracaqsınız” – deyə görüşdə bildirilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.