AKSİYA: Siyasi məhbuslara azadlıq
Təbriz şəhərində bir qrup azərbaycanlı fəal azərbaycanlı siyasi məhbus,
idmançı və milli fəal Kərim İsmayılzadəyə azadlıq tələbilə aksiya keçiriblər.
Onlar milli fəalın posterlərini çap edib ictimai yerlərə yapışdırmaqla ona
azadlıq tələb ediblər.
Milli fəalların yaydığı vərəqələrdə yazılıb: “Ədalət bayrağının altında
toplaşmasaq, ədalətsizlik hamımızı yıxacaq!”
Eyni zamanda milli fəallar divarlara şüarlar da yazıblar: “Azərbaycan
arxandadır, boksçu Kərim!”; “Boksçu Kərim, qoy mən ölüm, sən yaşa
Azərbaycan!”.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.