Şərqi Azərbaycan sənayesində ağır durumun səbəbləri

Bu barədə İranın müxalifət mətbuatı ilə yanaşı iqtidar orqanları da yazır.
Məsələn, Təbriz Ticarət deyir:”Elektrik enerjisinin paylaşımındakı qeyri
bərabərlik səbəbindən Şərqi Azərbaycanda sənaye, xüsusilə polad sənayesi ağır
vəziyyətə düşüb”.
Bu sözləri Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının sədri
Ümid İsmayıl Zəfər deyib.
Sədr polad sənayesinin ən çox gəlir gətirən sahələrdən biri olduğunu söyləyib və
bu sahəyə hazırkı münasibətin davam edəcəyi təqdirdə onun müflis olacağı
barədə xəbərdarlıq edib.
“Hökumətin bu sahəyə dəstək verməsi zəruridir, mövcud şərait davam edərsə
əyalətin polad ixracatı böhranla üzləşəcək”,- İsmayıl Zəfər bildirib.
Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət
Palatasının başçısı Əbdülhəmid Sərtipi də vəziyyətin ağır olduğu barədə danışıb.
O, xüsusən son iki ay ərzində elektrik enerjisi çatışmazlığı səbəbindən əyalətin
polad sənayesinin ciddi çətinliklərlə üzləşdiklərinə diqqət çəkib.
Qeyd edək ki, son aylar elektrik enerjisinin verilişində uzun müddətli fasilələrin
yaranmasına görə, bir sıra əyalətlərin, xüsusilə Şərqi, Qərbi Azərbaycan və
Ərdəbil əyalətinin sənaye müəssisələrinə ziyan dəyib.
Bu səbəbdən avqustun 1-də Ərdəbil şəhərində zavod və fabrik yiyələri davamlı
elektrik enerjisi kəsintilərinə görə etiraz aksiyası keçirib, hakimiyyətin problemin
həllinə laqeyd yanaşmasından narazılıqlarını bildiriblər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.