Sərçişmə mis mədənində işçi üsyanı- 3 işçi ölüb, üç məsul həbs olunub

Sərçişmə mis mədənində 40 gün ərzində 3 işçi ölüb; Üç məsul həbs edilib
Rəfsəncan şəhər prokuroru Sərçişmə mis mədənində 40 gün ərzində 3 işçinin
ölümü ilə nəticələnən silsilə hadisələrdən sonra 3 nəfərin həbs edildiyini
açıqlayıb.
Bununla bağlı “İlna Əmək Xəbər Agentliyi” xəbər verir ki, Rəfsəncan şəhər
prokuroru Sərçişmə mis mədənində baş verən hadisələrə görə məsuliyyət
daşıyan 3 nəfərin həbsi ilə bağlı bunları deyib: Təəssüflər olsun ki, mis
müəssisəsində son 40 gündə fəhlələrin ölümü ilə nəticələnən üçüncü qəzanın
şahidi olduq və bu səbəbdən də qəza yerinə baş çəkərkən və qəzanın
səbəblərini araşdırarkən üç məsul bu hadisə ilə bağlı həbs edilib.
Bu barədə Rəfsəncan prokuroru bildirib ki, “Bu hadisədə podratçı şirkət
tərəfindən səhlənkarlıq olub, qəzanın səbəbləri və amilləri hələ də araşdırılır və
məsələ aydınlaşan kimi məhkəmə sistemi bu işdə təqsirli şəxslərlə hər hansı
məsuıiyyəti daşısa da mütləq məşğul olacağıq.”
İrna-nın məlumatına görə, 2024-cü il iyul 29-da Rəfsəncandakı Sərçişmə Mis
Kompleksinin Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit Müdiri bu mədən liftrak
maşınının aşması nəticəsində gənc sürücüsünün dünyasını dəyişdiyini
açıqlayıb.
Həmçinin yerli Rəfsəncan mətbuatı 2024-cü il mayın 18-də Sərçişmə mis
mədənində baş vermiş qəzanın yük maşını sürücüsünün ölümü ilə
nəticələndiyini bildirmişdi.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.