Ərdəbil Azərbaycanın ürəyidir. Qızılbaşların övladları həmişə Azərbaycanın
qürur mənbəyi olub. Dogrudur ki, son yüz ildə fars istibdadı və istismarı altında
yaşamaga məcbur olan güney Azətbaycan və o cümlədən ərdəbillilər zülüm çəkib.
Ərdəbil böyük ogullar və qızlar dünyaya gətirib. 21 Azərdə qəhrəman Səriyyə azadlıgı üçün şəhid oldu, Amoli kimi nökər olmadı. Bir Ərdəbilli kimi ondan soruşan olmadı ki, ay molla, sancacagun bayragın üstündə şuaruvu fars dilində yazacaqsan? Axı onu azadlıqsevət azərbaycanlılar oxuya bilməyəcər? Bəlkə yenidən bizə fars dili öyrətməyə başlayacaqsan?
Sənin prezidentün bir ildir ki, azərbaycan əyalətlərinə milli dildə məktəb açmaq
istəyir, ona fürsət vermirlər. Bəlkə sən bayragıvu Tehranda asıb millətin haqqını
istəyəsən. Ona gücün çatmaz, sən Tehranın nə qədər ki, nökərisən, yekə-yekə
danışmaga fürsət verəcəklər. Başına aşıq papagı qoyub İran məclisinə gedənləri
görmüşük, onlar səndən də betərdilər.
Ərdəbillilər Seyid Həsən Ameli Kalxoranın kim oldugunu yaxşı bilirlər. Unutma
ki, sən Şeyx Məhəmməd Xiyabani, ayətullah Təbətəbai, Şəriətmədari ola
bilməcəksən. İndi İranda min nəfərdən artıq ayətullah var. Özüvü yaxşı aparmasan göndərəcəklər səni Zahidana.
Gəl sən Haqq yoluna qayıt, prezidentüvə dəstək ol Azərbaycana ana dilində
məktəb açsın, büccə ogrularını ifşa etsin, insanların rifahı yüksəlsin. O zaman sənin istədiyin bayrag özü öz herinə sancılacaq.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN
ƏRDƏBİL TƏŞKİLAT
Şərhlər bağlıdır.