SEPAH Suriyada məhbusları edam edirmiş…

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) suriyalı məhbusların edamında rolu var”.

Azerbaycan-ruznamesi.org “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupunun rəhbəri Rami Əbdürrəhman “Al-Arabiyya” telekanalına müsahibəsində bəyan edib.

“SEPAH Suriyanın Dəməşq şəhərindəki Sednaya həbsxanasının məhbuslarının
edam edilməsində rol oynayıb və zindandakı daha 30 min suriyalı məhbus Əli
Xameneinin (İranın Ali Lideri) SEPAH qüvvələrinin iştirakı ilə asılıb”, – deyə Rami
Əbdürrəhman vurğulayıb.

Qeyd olunub ki, İran Əsəd rejimini ayaqda saxlamaq üçün indiyə qədər 50 milyard dollar pul xərcləyib.

Şərhlər bağlıdır.