20 janvar

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “20 Yanvar Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda konfrans keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Quba Soyqırımı Memorial
Kompleksi ilə birgə “20 Yanvar Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq
səhifəsidir” mövzusunda Zoom platforması ilə konfrans keçirilib.

Konfransı giriş sözü ilə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, filologiya
üzrə fəlsəfə doktoru Mehman Əliyev açdıqdan sonra 20 Yanvar şəhidlərinin və
Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda canlarından keçən
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.Əliyev giriş nitqində bildirib ki, 34 il əvvəl – 20 yanvar 1990-cı ildə totalitar və
avtoritar rejimin qəddar ordusu tərəfindən Azərbaycan xalqına qarşı misli
görünməmiş qanlı bir cinayət törədildi. Bu, həm də insanlığa qarşı törədilmiş ən
vəhşi bir terror aktı idi. Faciə nəticəsində 147 nəfər Azərbaycan vətəndaşı şəhid
olub, 638 nəfər xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Öldürülənlər arasında 5 millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var
idi. Amma biz bunu təkcə faciə kimi deyil, həm də Müstəqilliyə gedən yolun
şərəf və qəhrəmanlıq səhifəsi kimi qəbul edirik. – Heç təsadüfi deyildir ki, 20 Yanvar azadlığa gedən yolumuzun əvvəli, ilk qəhrəmanlıq səhifəsidir, – M.Əliyev sözünə davam edərək deyib. – Həmin ilk səhifəyə yeni-yeni qızıl səhifələr əlavə edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanı iqtisadi və hərbi cəhətdən elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. Ali Baş Komandanın aşağıdakı sözləri hər birimizin qəlbini iftixar hissi ilə doldurur:“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Sonra məruzə və çıxışlar dinlənilib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə
fəlsəfə doktoru Xosrov Musayev “20 Yanvar Moskvalı tələbənin xatirələrində”,
AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Sübhan Talıblı “25 Yanvar Neftçala hadisələri”, Quba Soyqırımı
Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə
Bayramova “Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi
hüquqi qiymət”, Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının
dosenti, tarix üzrə fəlsəfə doktoru Gulara Əliyeva “20 Yanvar: Tarix yazmış
qəhrəmanlar və unudulmağa məhkum satqınlar”, AMEA-nın Lənkəran REM-nin
elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc
Hüseynova “20 Yanvar xalqın qan yaddaşıdır”, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şamaxı filialının Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent Şasəddin Mikayılov “20 Yanvar Müstəqilliyə gedən
yolun başlanğıcıdır”, AMEA-nın Lənkəran REM-nin mütəxəssisi İltifat Əhmədov
“20 Yanvar hadisələri “Lənkəran” qəzetinin səhifələrində”, AMEA-nın Gəncə
bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
Əlimuxtar Muxtarov “20 Yanvar hadisələri və Gəncə”, AMEA-nın Şəki REM-nin
“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, Şəki REM
nin Gənc alim və mütəxəssislər şurasının sədri Tural Adışirinov “20 Yanvar
faciəsi bədii ədəbiyyatda” və Astara rayonunun Şiyəkəran kənd 2 saylı tam orta
məktəbinin müəllimi Yunus Qulamov “20 Yanvar şəhidlərinin xatirəsinə qoyulan
ilk abidə və yazılan ilk poema” mövzularında çıxış ediblərNatiqlər 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda  mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmasından, yalnız 1993-cü ilin iyun ayında xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində bu hadisələrə siyasi və hüquqi qiymətin verilməsindən, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara faciənin
əsl mahiyyətinin çatdırılmasından, bölgələrimizdə azadlıq hərəkatının vüsət
almasından, zülmə boyun əyməyən vətənpərvər eloğullarımızın vəhşiləşmiş
sovet ordusunun qoşun bölmələrinə qarşı əliyalın, mərd mübarizəsindən, 2003
cü ildən sonra möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində 30 il erməni
vandallarının tapdağı altında inildəyən, xarabazara çevrilən tarixi dədə-baba
torpaqlarımızın rəşadətli Milli Ordunun apardığı 44 günlük Vətən müharibəsi və
lokal antiterror əməliyyatı zamanı tamamilə azad edilməsindən, hazırda
Qarabağda, Şuşada və Xankəndidə əzəmətli üçrəngli Azərbaycan Bayrağının
dalğalanmasından, beləliklə, Ümummilli Lider Heydər Əliyevin arzularının çin
olmasından ətraflı danışaraq rəy və mülahizələrini bölüşüb, təkliflərini
söyləyiblər.

Konfransı yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev Quba
Soyqırımı Memorial Kompleksinin rəhbərliyinə, çıxış edənlərin və iştirakçıların
hər birinə və onların kollektivlərinə minnətdarlığını bildirib, gələcəkdə də belə
tədbirlərin davamlı olması üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

İltifat Əhmədov,
AMEA-nın Lənkəran REM-nin əməkdaşı

Şərhlər bağlıdır.