Xocalıya

Hadi Qaraçay
“Qar altında doğum sancısı”
Xocalıya
Ağaclar kölgələrini
dağlar zirvələrini
çaylar dərinliklərini
insanlar insanlıqlarını satdılar
sonra
Təpəgözün mağarasının önünə açıldı kəndimizin səhəri
Qızlar gülüşlərini itirdilər
uşaqlar sevinclərini …
üzlərdə buz bağladı son ifadələr
ıssızlıq oldu
qanlı bir yuxuydu sankı
oyandıq
Xocalı doğuldu!
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.