Tеhranın eyni anda Bakının, Ankaranın və Moskvanın qarşısını alan siyasəti
Media materialları əsasında
Azərbaycan və Türkiyə Zəngəzurla bağlı son sözlərini deməyə tələsmirlər.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri
İbrahim Əzizi Zəngəzur dəhlizini açmağa və Turan birliyni qurmağa çalışan
dövlətlərə qarşı açıq təhdidlərlə çıxış edib.
O deyib: ˝Zəngəzur dəhlizi İranın bölgədəki gücünü azaltmağa yönəlmiş saxta
bir projedir. Belə təhlükəli qərarları alanları xəbərdar edirik, bunun ağır və
fəlakətli sonucları olacaq. Bəzi ölkələr Böyük Turan xəyalları qurur. İranı hədəf
alan addımlar qarşısında hərəkətsiz qalmayacağız˝.
İslam İnqilabi Keşikçiləri Korpusunun rəsmi bəyanatında isə deyilir: ˝Rusiyaya
məsləhət görərdik ki, Zəngəzur dəhlizi ideyasından əl çəksin, bu regionda yeni
və çox təhlükəli qaynar nöqtənin yaranmasına gətirə bilər˝.
Rəsmi Tehran üç qonşu dövləti birdən qarşısına alır. Azərbaycan və Türkiyə
İran fars rejimi üçün ən böyək təhlükədir. İranda türklərin sayı farsların sayından
xeyli çoxdur və min il boyunca bu coğrafiyanı türklər idarə edib. Bakı və Ankara
İranda türkçülüyü aktiv şəkildə dəstəkləməyə başlasa İranda yenidən türk
hakimiyyətinin qurulması və ya geniş türk regionlarının öz dövlətlərini elan
etmələri qaçılmaz olacaq. Yada salaq ki İranda türk regionu yalnız Cənubi
Azərbaycan deyil. Çox geniş ərazilərdə Qaşqay türkləri, Xorasan türkləri,
türkmənlər və s. türk toplumları yaşayır.
Sayları bəzi məlumatlara görə 45 milyona yaxın olan İran türklərinin
yaranmaqda olan Böyük Turana qoşulacaqları zaman məsələsidir. Zəngəzur
dəhlizinin açılması isə Turanın qurulması üçün olmazsa, olmazdır. Bu
səbəbdən Rəsmi Tehran Zəngəzur dəhlizi ilə Turan məsələsini bir cərgəyə
qoyaraq hədəf alır.
Media materialları əsasında
İrandakı fars hakimiyyətinin antitürk siyasətindəki ən böyük böyük müttəfiqi hər
zaman Rusiya olub. İndi isə vəziyyət kökündən dəyişib. Moskva dəhliz
məsələsində Tehranın yanında deyil.
Əlbəttə, dəhlizin açılmasının Turan birliyi üçün əsas şərt olduğunu
Moskva da görür və bu birliyin qurulması Rusiyanın da maraqlarına uyğun
deyil.
Belə halda sual yaranır. Nə üçün Moskva dəhliz məsələsində Tehrandan
fərqli mövqe tutur?
Cavab sadədir: Ermənistan kimi zəif bir dövlətin sürətlə böyüyən Turan
birliyinə qarşı Zəngəzuru uzun müddət qapalı saxlamaq imkanı sıfıra
bərabərdir. Arxasında kim dayanırsa dayansın, türklər bu dəhlizi açacaqlar.
Rusiya da açılacağı qacılmaz olan dəhlizə nəzarəti öz əlinə almağa çalışır.
Rusiyanın imkanları var və o, dəhlizə nəzrət uğrunda ABŞ-la toqquşur.
İranın isə dəhlizə nəzarət mübarizəsinə girişməyə resursları yetmir. İran fars
hakimiyyəti üçün dəhlizin açılması ölüm-qalım məsələsidirsə, Rusiya üçün
dəhlizi öz nəzarətində açmaq qlobal əhəmiyyətli proyektdən ciddi pay
qoparmaqdır. Rusiya bu pay uğrunda sona qədər mübarizə aparacaq və
müttəfiqi İranın yaşamaq uğrunda çabalaması Moskva üçün əhəmiyyətli deyil.
Politologiyanın klassikasına çevrilmiş ˝əbədi müttəfiqlər yoxdur, əbədi maraqlar
var˝ deyimi qüvvədədir.
Fars hakimiyyəti çıxılmaz vəziyyətdədir və əsas müttəfiqini itirmənin
şokunu yaşayır. Rusiya ilə yanaşı antiqərb cəbhəsində İranın böyük
müttəfiqi Çindir. Amma rəsmi Pekin də orta ipək yolunun açılmasında
maraqlı olduğunu gizlətmir, bu proyektin inkişafına milyardlarla dollar
para xərcləyir. Tehran çətin durumdadır.
İki böyük müttəfiqinin hər ikisi dəhlizin açılmasına çalışır. Belə vəziyyət İranı
yeni müttəfiq axtarışına sövq edir. Əslində Pezeşkianın seçilməsi ilə bu proses
başlanıb. İranın yeni prezidentinin əsas məqsədi qərblə münasibətlərin
normallaşmasıdır. İran mətbuatı da gecə-gündüz bilmədən Rusiyanı düşmən
elan edir, qərblə yaxınlaşma təbliğatı aparır. ABŞ də uzaqda deyil, Zəngəzur
uğrunda mübarizə üçün qonşulugumuzdadır. Görünür, rəsmi Tehran umid edir
ki, Zəngəzur mübarizəsini ABŞ qazanarsa, dəhliz ya açılmayacaq, ya da türklər
üçün daha ağır şərtlərlə açılacaq.
Bütün deyilənlərlə yanaşı, həm hərbi qüdrət həm də tarixi həqiqətlər
baxımından bölgədə ən üstün olan dövlətlər Azərbaycan və Türkiyədir. Bu
iki Türk dövləti Zəngəzurla bağlı son sözlərini deməyə tələsmirlər. Bakının
və Ankaranən hakimiyyət dəhlizlərində bu həyati dərəcədə əhəmiyyətli
məsələ ilə bağlı hansı planların qurulduğudan məlumatsızıq. Zaman
türklərin xeyirinə işləyir. ABŞ-ni isə təlatümlü zamanlar gözləyir. Ag Ev
uğrunda seçkilərə az qalıb…
Şərhlər bağlıdır.