PKK-nın son qurultayı təşkilat üçün axırıncı olub. Terror təşkilatı özünü ləğv
etdiyini və silahları yerə qoyduğunu bildirib.
Media Abdullah Öcalanın çağırışı ilə toplanan PKK-nın 12-ci qurultayından
görüntülər də yayımlayıb.
Çəkilişlərdə Öcalanın fotosu ilə yanaşı, ona bağlı təşkilatın öldüyü iddia edilən
digər liderlərinin də fotoları yeyımlanıb. Fotoların ən solunda Əli Heydər Kaytan,
ən sağında isə Rıza Altun yer alıb.
2011-ci ildə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-nın qurucularından biri olduğu
iddia edilən “Fuat” kod adlı Əli Heydər Kaytanın ölümünün təşkilat tərəfindən
ört-basdır edildiyi barədə açıqlama vermişdi. MİT-in açıqlamalarına
baxmayaraq, PKK daha əvvəl onların ölümünü təkzib etmişdi.
MİT və TSK-nın terrorla mübarizədə ən uzun sürən əməliyyatları nəticəsində
öldürülən PKK-nın qurucularından olduğu iddia edilən Kaytan İraqın şimalında
həyata keçirilən əməliyyatda zərərsizləşdirilib. PKK təşkilatdan qaçanların
qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün onun
ölümünü gizlədib.
PKK-nın qurucuları Rıza Altun və Əli Heydar Kaytanın hərbi əməliyyatlarda
öldürüldüyü qurultaydakı foto ilə təsdiqlənib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.