Sülh olarsa o raketlər harada istifadə  ediləcək?!

“Reuters” xəbər verir ki, İran Rusiyaya yaxın zamanlarda “Fateh-360” raket
buraxılış sistemlərini göndərməyə hazırlaşır. ABŞ-ın verdiyi məlumata görə,
raketlər ötən il Ukraynaya qarşı istifadə üçün Rusiyaya ötürülüb.
Bildirilib ki, bu buraxılış qurğularının çatdırılması həyata keçərsə, İran
Rusiyanın Ukraynaya hücumunu dəstəkləyəcək və Tehranla Moskva arasında
təhlükəsizlik əlaqələrinin genişlənməsinin növbəti təsdiqi olacaq.
Analitiklərin fikrincə, 120 kilometr mənzilli “Fateh-360” ballistik raketi Rusiyanı
münaqişənin ön xəttində Ukrayna qüvvələrinə, eləcə də iki ölkə sərhədinə yaxın
hərbi hədəflərə və əhali mərkəzlərinə atəş açmaq üçün yeni silahla təmin
edəcək.
P.S: Sual olunur əgər Rusiyanın Ukrayna ilə sülh müqaviləsi bağlanarsa
bu silahlar harada istifadə olunacaq?!
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.