İranın göllərinin yarısı toz və qum fırtınalarının mərkəzinə çevrilib

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari bildirib ki,
ölkədəki göllərin yüzdə 43 quruyub və toz fırtınalarının mənbəyinə çevrilib.
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari bildirib ki,
ölkədəki göllərin yüzdə 43 quruyub və toz fırtınalarının mənbəyinə çevrilib.
Ənsari Əlborz əyalətində keçirilən ətraf mühit konfransında bu acı statistikanı
açıqlayıb və səbəbini onillərlə davam edən təbii resurslardan qeyri-düzgün
istifadə, həddindən artıq su bəndləri tikintisi və ekoloji su payının təmin
edilməməsi kimi faktorlarla izah edib. O, yeddinci inkişaf proqramında ətraf
mühitə “ciddi diqqət” ayrıldığını iddia etsə də, bu proqramın əslində İranın
ekoloji böhranları üçün konkret həll yolu təqdim etmədiyini etiraf edib.
Ənsari çıxışında Əlborz əyalətindəki vəziyyətin də son dərəcə ağır olduğunu
bildirib. Bu əyalət hazırda tullantı problemi, su ehtiyatlarının çirklənməsi və
nəzarətsiz şəkildə yayılan çirkləndirici sənaye müəssisələrinin təzyiqi
altındadır. Onun sözlərinə görə, əyalətdə toplanan məişət tullantılarının cəmi
yüzdə 4 mənbəyində ayrılır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.