Daşnaksütyun partiyasının katibləri İranın Ermənistandakı səfiri
ilə görüşüblər. Bu yaxınlarda Ermənistanın Daşnaksütyun
Partiyasının Mərkəzi Şurasının katibi Armen Rustamyan,
partiyanın Mərkəzi Komitəsinin sədri İşxan Saqatelyan və
partiyanın digər üzvü Lilit Qalestyan İranın İrəvandakı səfiri
Mehdi Sübhani ilə bir araya gəliblər.
Bununla bağlı İranda ermənilərə məxsus “Nur” Tərcümə və
Araşdırma İnstitutunun “Telegram” kanalı xəbər verib. Məlumata
görə, görüşdə Daşnaksütyun partiyasının nümayəndələri bölgədə
baş verən geosiyasi proseslər, Ermənistanın təhlükəsizliyi, daxili
və siyasi məsələlər ilə bağlı partiyanın yanaşma və mövqeyini
ortaya qoyublar. Tərəflər, həm də iki “dost” və qonşu ölkə ilə bağlı
fikir mübadiləsi aparıblar.
PSS: Görəsən pərdəarxası daha nələrdən danışılıb?!
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.