May ayının hesabatlarına görə, İranda yaşayan
əfqanıstanlıların ölkədən çıxarılması prosesi sürətlənib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bununla bağlı
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumatı
yayıb.
Bildirilib ki, əvvəllər deportasiya edilənlərin çoxu kişilər olsa
da, hazırda bu ailələrə də şamil olunur.
İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və
İmmiqrantlarla İş üzrə Mərkəzinin rəhbəri Nadir Yarəhmədi
2024-cü ildə 1 milyon əfqanıstanlının deportasiya edildiyini
açıqlamışdı.
İran hökuməti bu ölkədə yaşayan əfqanıstanlı qaçqınlara
təzyiqlərin davamında onların daha 18 əyalətə girişini
qadağan edib.
Bununla yanaşı, əfqanıstanlı qaçqınları işə götürən və onlara
ev kirayə verən şəxslərə qarşı ağır cərimələr tətbiq edib.
Buna baxmayaraq, SEPAH-ın “Qüds” qüvvələrinin qurduğu
əfqanıstanlı qaçqın şiələrdən ibarət “Fatimiyyun”
qruplaşmasının üzvlərinə və ailələrinə isə xüsusi imtiyazlar
verilib.
Əvvəlki
Şərhlər bağlıdır.