Kəşfiyyat rəhbəri niyə işdən çıxarıldı

İSNA-nın verdiyi məlumata görə ABŞ müdafiə naziri Lloyd Heqset Pentaqonun
Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Cefri Kruzu və daha iki yüksək
rütbəli zabiti vəzifədən azad edib. Bu barədə Reuters hökumətdəki mənbələrə
istinadən məlumat yayıb.
Rəsmi səbəblər açıqlanmasa da, mediaya görə, istefalar ABŞ-nin İranın nüvə
obyektlərinə zərbələri ilə bağlı qapalı hesabatın mətbuata sızmasından sonra
baş verib. Hesabatda hücumların Tehranın nüvə proqramını yalnız bir neçə ay
gecikdirdiyi qeyd olunurdu ki, bu da Trampın “hədəflərin tamamilə məhv
edilməsi” bəyanatı ilə ziddiyyət təşkil edirdi.
Sızmadan sonra Ağ Ev məlumatları “tamamilə səhv” adlandıraraq, CNN və The
New York Times daxil olmaqla bir sıra media qurumlarını “saxta xəbər”
yaymaqda ittiham edib.
Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner isə Kruzu vəzifədən
azad etməyi kəşfiyyatın siyasiləşməsi üçün “təhlükəli tendensiya” adlandırıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.