GATƏŞin İran rejiminə etiraz aksiyası – Stokholm VİDEO

13 dekabr 2025-ci ildə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində, İran İslam Respublikasının İsveçdəki səfirliyi qarşısında etiraz mitinqi keçirildi. 

13 dekabr 2025-ci ildə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ),

Azərbaycan Demokrat Firqəsi – ADF
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində, İran İslam Respublikasının İsveçdəki səfirliyi qarşısında etiraz mitinqi keçirildi. 

Saat 10:00-dan başlayan aksiyada Güney Azərbaycan təşkilatlarının məsulları və milli fəalları ilə yanaşı, İran ərazisində yaşayan ərəb, bəluç, türkmən və qaşqay türklərinin təşkilatlarının məsul və həvadarları iştirak edərək, siyasi məhbusların azadlığını tələb etdilər. Etirazçılar çıxış, şüar və plakatlar vasitəsilə İran rejiminin Güney Azərbaycanda və İranın digər bölgələrində Azərbaycan türkləri və qeyri-fars xalqlara qarşı apardığı irqçi və ayrı-seçkilik siyasətləri, sistemli insan haqlarının tapdalanmasını, siyasi fəalların həbslərini və milli hüquqların inkarını kəskin şəkildə məhkum etdilər.

Mitinqdə siyasi məhbuslara qarşı repressiyalar, ana dilində təhsilin qadağan edilməsi, Urmu gölünün məqsədli şəkildə məhv edilməsi, ekoloji cinayətlər, eləcə də iqtisadi və siyasi ayrı-seçkilik, İran rejiminin qarət və talan siyasəti xüsusi vurğulandı. İştirakçılar xüsusilə Tahir Nəğəvi və Vədud Əsədinin dərhal azad olunmasını, aclıq aksiyası keçirən milli fəalların həyatının beynəlxalq nəzarət altına alınmasını, irqçiliyə son qoyulmasını və Güney Azərbaycanın milli-mədəni hüquqlarının bərpasını tələb etdilər.

Mitinq Azadlıq, Ədalət, Milli Hökümət! – şüarı ilə başa çatdı.

Mitinqin tam video-lenti oxucularımıza təqdim edilir. Çəkiliş və video-tərtibata görə Babək bəy Azada təşəkkür edirik.

Şərhlər bağlıdır.