Güney Azərbaycan üçün Strateji Ayıqlıq Manifesti

 

Güney Azərbaycan bu gün tarixinin ən həssas mərhələlərindən birinə daxil olub. Bu mərhələdə nə
sadəlövhlük, nə də gözləmə lüksümüz var. Zaman ayıq olanların, ayaqda qalanların zamanıdır.
İran rejimi yalnız bir idarəetmə modeli deyil; o, mahiyyət etibarilə Türk düşmanlığı üzərinə qurulmuş
ideoloji bir mexanizmdir. Bu səbəbdən məsələ təkcə rejim dəyişikliyi deyil, sistemin ruhudur. Sistemin
ruhu dəyişmədən Türkün taleyi dəyişməz.
Güney Azərbaycan toplumu bu reallığı açıq görməlidir:
Xəyallar ilə real güc arasında böyük uçurum var. Bu uçurumu yalnız təşkilatlanma, siyasi şüur və milli
iradə doldura bilər.
Bu gün hər Güney Azərbaycan Türkü özünü sadəcə etirazçı deyil,
Hazırlıq içində olan bir əsgər,
Gələcək dövlətin daşıyıcısı,
Vətənin qurucu iradəsi kimi görməlidir.
Ayaqda qalmaq yetərli deyil.
Ayaqda duraraq qurmaq,
Ayiq qalaraq planlamaq,
Səbirli olaraq zamanı öz lehimizə çevirmək zəruridir.
Çünki Güney Azərbaycan üçün gələcək, başqalarının süfrəsində veriləcək bir pay deyil;
Mübarizə ilə alınacaq, şüurla qurulacaq bir özgür vətəndir.
Mətanət Mustafayeva

Şərhlər bağlıdır.