Mehdi Bazərgan tarixdə necə qalıb…

20 yanvar 1995-ci il, XX əsr İran tarixinin görkəmli personajlarından biri, kökəncə azərbaycanlı Mehdi
Bazargan müalicə almaq üçün gəldiyi Sürixdə vəfat edir.
Parisdə təhsil almış Bazargan İranın ilk intellektuallarından sayılırdı. Şah rejiminə qarşı müxalif idi,
islamçı-liberal İran Azadlıq Hərəkatı adlı təşkilatın qurucusu idi. İslam inqilabından sonra İranın ilk baş
naziri oldu. Amma baş verən çox şeylər – işgəncələr, çoxsaylı edamlar və s. – onun ürəyincə deyildi.
Buna görə iki dəfə istefa verdi, amma Xomeyni qəbul etmədi.
Nəhayət, 1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin tutulmasından sonra kabineti ilə birlikdə
istefa verdi və ömrünün sonuna qədər mövcud rejimə qarşı müxalif oldu.
Yadigar Sadıqlı

Şərhlər bağlıdır.