Trampın məktubu üzə çıxdı… Kələyə bax ha!

Trampın daha bir kələyini eşidənlər bişmiş toyuğun da gülməyi gəlir. Guya ki o, Norveçin baş naziri
Yonas Qar Störenə yazdığı məktubda Nobel Sülh mükafatını ala bilməməsinə aydınlıq gətirib.“PBS
Nyus”un məlumatında deyilir: –
Əziz Yonas! Ölkənizin mənə səkkizdən çox müharibəni dayandırdığım üçün Nobel Sülh
Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə
borclu deyiləm, baxmayaraq ki, sülh həmişə prioritet olacaq, indi ABŞ üçün nəyin yaxşı və
doğru olduğunu düşünə bilərəm.
O, həmçinin Danimarkanın adanı Rusiya və ya Çindən qoruya bilməməsi tezisini təkrarlayıb, ölkənin
Qrenlandiyaya olan hüququnu şübhə altına alıb:
“Ümumiyyətlə, niyə onların mülkiyyət hüquqları var? Yazılı sənədlər yoxdur, sadəcə yüz illər əvvəl
orada lövbər salmış bir qayıq var, amma bizim qayıqlarımız da orada lövbər salıb. NATO-nun yarandığı
gündən bəri hər hansı digər şəxsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün nəsə etməlidir.
Qrenlandiyaya tam və tam nəzarət edənə qədər dünya təhlükəsiz olmayacaq”.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.