Siyasətçilər yoxsa bazar?

Məsəl var deyirlər ki, əvvəllər kiminsə vəzifəyə gəlib-gedəcəyi ilk növbədə bazar söhbətlərindən
məlum olardı. Deyəsən bu qayda yenidən bərpa olunur. Yəni siyasətçilər bir daha arxa plana keçib.
Yaxın Şərqdə təhlükəli gərginliyin artması fonunda — ki, analitiklərin fikrincə bunun kökündə İran
hakimiyyətinin böhran yaradan və macəraçı siyasəti dayanır — qlobal bazarlar rəsmi siyasi
qərarlardan öncə həyəcan siqnalı verillər. Mütəxəssislər bu reaksiyanı regionun təhlükəsizlik gələcəyi
ilə bağlı ciddi narahatlığın göstəricisi kimi dəyərləndirirlər.
Azerbaycan-ruznamesi.org son günlər kapital axınının sürətlə təhlükəsiz aktivlərə xarici media
orqanlarına istinadən yönəldiyini yazır. Qiymətli metalların qiymətlərində kəskin artım qeydə alınıb,
enerji bazarında isə neft bahalaşıb. İqtisadçılar vurğulayırlar ki, bu tendensiya Yaxın Şərqdə hərbi
toqquşma ehtimalının artması və İran hakimiyyətinin gərginliyi dərinləşdirən siyasətinin bazarlarda
yaratdığı qorxunun birbaşa nəticəsidir.
Analitiklərin qənaətincə, qızıl, gümüş və neft qiymətlərində paralel yüksəlişlə yanaşı, Təl-Əviv, Dubay
və Ər-Riyad istiqamətində beynəlxalq uçuşların dayandırılması açıq mesaj verir: qlobal bazarlar
böhranın dərinləşməsi, hətta hərbi qarşıdurma ssenarisini real hesab edir. Bu isə birbaşa olaraq İran
rejiminin davam edən gərginlik yaradan siyasətinin nəticəsi ola bilər.
İran hakimiyyəti daxildə amansız repressiyalar və regionda təhdidedici addımlarla ölkəni uçuruma
sürüklədiyi bir vaxtda, bu təhlükəli yolun ağır bədəlini həm İran daxilində yaşayan insanlar, həm də
bütövlükdə Yaxın Şərq bölgəsi ödəyir. Artıq qlobal bazarların reaksiyası da göstərir ki, yaranmış
vəziyyət gözardı edilə biləcək mərhələni çoxdan keçib.
Qiymətlər:
Qızıl (unsiya): təxminən 4.983–4.996 ABŞ dolları (hazırkı qiymət: 4.983,10 dollar)
Gümüş (unsiya): təxminən 103,33–103,93 ABŞ dolları (hazırkı qiymət: 103,33 dollar)
WTI markalı xam neft: təxminən +2,88% (hazırkı qiymət: 61,07 dollar/barel)
Brent markalı xam neft: təxminən +2,84% (hazırkı qiymət: 65,88 dollar/barel)
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.