Əli Xameneyi utanmaz-qızarmaz bəyan edir ki, İslam Cümhuriyyətinin dəyərləri uğrunda bütün
qurbanlara hazırdı. İran hakimiyyəti tərəfindən gülləboran edilmiş 20 mindən çox dinc etirazçının
qətlinə bəraət qazandırır.
Lakin İslam Cümhuriyyətinin dəyərləri dedikdə, İran rəhbərinin nə deməsi və nəyi nəzərdə tutması
məlum deyil.
Şəxsən mən İran Cümhuriyyətinin dəyərləri dedikdə, korrupsiya girdabında batmış hakim zümrəni və
onların övladılarını görürəm. İran elitasında islamdan və dindən əsər əlamət qalmayıb. Sanki Əməvilər
və ya Abbasilər sülaləsinin eyş-işrət içində batan saraylarıdı.
1) Birinci fotoda İranın Venesueladakı səfiri, məşhur neft və kokain baronu Əhməd Söbhaninin oğlu –
Məhəmməd Cavaddır. Yəni, Xameneyi səfirin oğlunun işrətli həyatından bixəbərdi? Ən azı açıb
İnstaqramını oxusun!
2) İkinci fotoda isə İranın Danimarkada səfiri Mohsen Moradianın arvadı Anaşid Hosseynidir. Hicab
nədir? Bahalı geyimlərilə nəinki çörəyə möhtac iranlılara, hətta kraliçanın özünə acıq verir.
3) İran riyakarlığının kulminasiyası isə Təhlükəsizlik Şurasının keçmiş katibi, hazırda isə Xameneyinin
müşaviri Ali Şamxaninin qızının toyudur. Qızı camaatın qarşısına dekoltedə çıxıb, toy isə ən müasir
dünyəvi qanunlarla keçirilib.
Siz hələ Xomeyninin Kanadada yaşayan nəvələrini görəsiz! Mənə maraqlıdır, görəsən Bakıda
Xomeyniyə və Xameniyiyə biət edən – xeiyxah idiotların İran liderlərinin arvadlarının və övladlarının
həyat tərzi haqqında xəbərləri varmı?
Eynulla Emin Fətullayev

Şərhlər bağlıdır.