Stalin dövrünün yəhudi elitası və repressiyaların başlanması

Hələ Yekaterina zamanında Avropadan qovulan yəhudilər üçün Ukrayna və Belarus ərazilərində “xüsusi məskunlaşma” hüququ verilmişdı. Bu yəhudilər əsasən Şərqi Avropa yəhudiləri idilər və onlar özlərini “Aşkinaz” olaraq adlandırırdı.

Rusiya imperiyasında yəhudilərin sıxışdırılması halları haqqında xeyli yazılar yazılsa da, bu müxtəlif sahələrdə yəhudilərin fəaliyyət məhdudiyyətini göstərmirdi. Xüsusilə də bolşevik hərəkatında və sonralar SSRİ-nin quruculuğunda yəhudi əsilli siyasi xadimlər, alimlər, incəsənət xadimləri geniş şəkildə fəaliyyət göstərirdilər. Siyasi rəhbərlikdə, nazirliklərdə, akademik sahələrdə, tibb sahəsində, xüsusi xidmət idarələrində və diplomatiya sahəsində yəhudi əsilli Rusiya vətəndaşları çox sayda çalışır və bir çox hallarda da sahənin dominant şəxsinə çevrilirdilər. Stalin dövrü repressiyalarında onlar bir tərəfdən repressiyanı təşkil edir, digər tərəfdən repressiyaların qurbanı ola bilirdilər.

1924-cü ildə V.İ.Lenin öldükdən sonra siyasi hakimiyyətə gələn Stalin güclü müxalifətlə qarşı-qarşıya gəldi. Sol müxalifət – Trotski (Leyba Bronşteyn), Zinovyev (Ovsey-Qerşen Radomsılski), Kamenyev (Lev Rozenfeld) və sağ müxalifət olan Buxarinçilər güc mərkəzləri idi. Göründüyü kimi siyasi elitanın böyük əksəriyyəti yəhudi əsilli idilər. Digər tərəfdə də partiyanın baş katibi Stalin dururdu. İlk baxışdan bu ideolojı vəzifə idi və Stalinin icra hakimiyyətində təsirləri az idi. Lakin Rusiya imperiyası zamanından quldurluq, soyğunçuluq və müxtəlif təxribat işlərində təcrübəli olan Stalin qarşısında duran maneələri tədriclə aradan götürməyi bacarırdı. 2025-ci ildə Qafqaz respublikalarında siyasi lider hesab edilən Nəriman Nərimanov aradan götürülür. 1926-cı ildə Bakıda keçirilən I Türkolojı qurultaya mane ola bilmirlər.

1927-ci ildə keçiriləcək Oktyabr inqilabının ildönümünə həsr edilmiş “paradda” rəyasət heyyətini qorumaq üçün hərbi akademiyanın kursantlarını cəlb edirlər və Oxotnikov familiyalı bir gənc də bu sıyahıya daxil edilir. Kursantları Frunze adına hərbi akademiyanın rəisi general Robert Petrovic Eydoman özü şəxsən seçir. Vladimir Pitenka, Arkadi Geller və Yakov Oxotnikov. Eydoman bu kursantların keçmişi və kimliyi haqqıda tam məlumata malik idi. Onların müxalifətçi düşüncələri, partiyadan xaric edilməsi və sonra yenidən bərpa olunması, gizli müxalifət mətbəəsinin yaradılması və gizli fəaliyyətdə iştirak etdikləri haqqında xəbəri var idi.

Y.Oxotnikov müxalifət cəbhəsində aktiv iştirak edirdi. 1926-cı ildə müxalifətin gizli mətbəəsi üzə çıxanda onu da təxribatçılıqda ittiham etdilər və partiyadan xaric olunması gündəmə gəldi. General Yakir və Frunze hərbi akademiyasının rəyisi Robert Petrovic Eydomanın tövsiyyəsi ilə Y.Oxotnikovun partiyadan qovulması əleyhinə çıxış edirlər və onu yenidən akademiyaya qaytarırlar.

Parad zamanı müxtəlif müxalifətçi qrupların təmsilçiləri şüarlar verir və öz plakatlarını qaldırırdılar. “Rədd olsun yumuruq və bürokratiya”, “Leninin vəsiətlərini yerinə yetirək” şüarları Trotski tərəfdarlarına aid idi və polislər plakatları nümayişçilərin əlindən alıb çırırdılar. Rəyasət heyəti tribunadan bu hadisələri görürdü və tribunada gərginlik hiss olunurdu.

Tribunada nələr baş verdiyini hadisə iştirakçıları öz xatirələrində fərqli şəkildə qeyd edirlər. Lakin məlumdur ki, tribunada Stalin huşunu itirir və ona təcili yardım etmək lazım gəlir. Stalinin nəfəsi daralır, rəngi ağarır, başını tutur. Hadisə zamanı yaxınlıqda olan tanınmış alim, akademik V.Bexterev dəvət olunur. Onu tribunaya çağırırlar, o Stalini müayinə edir, dərman verir və onu pristupdan çıxarır. Vəziyyəti öyrənən alim ona “ağır paranoya” diaqnozu qoyur. Bir neçə gündən sonra Bexterev ölür. Rəsmi olaraq qida zəhərlənməsi qeyd edilir. Həqiqətdə isə çox sağlam olan alimin Stalinin tapşırıgı ilə zəhərlənməsi xəbəri yayılır.

Tribunada olanları qorumaq əvəzunə kursant Y.Axotnikovun həyəcanla Stalinə hücum etməsi və onun başını yumuruqlamasını çoxları görür. Stalinin cangüdənləri irəli gəlirlər və onlardan biri İvan Yusis bıçağı ilə Y.Axotnikovu əlindən yaralayır və qan tribunanın mərmər döşəməsinə axır. Budyonnı və Voraşilov da hadisəyə müdaxilə edirlər və kursantı sürüyərək baş katibin yanından uzaqlaşdırırlar. Rəyasət heyətinin digər iştirakçıları Stalini tribunadan çıxarırlar və Y.Axotnikovu isə əllərini burub yerə uzadırlar.

Rəhbərə hücum etdiyinə görə şübhəsiz ki, kursantı həbs və edam etməli idilər. Hamı bu düşüncədə idi. Ancaq onu heç həbs də etmədilər. Axotnikovu Qızıl ordunun nüfuzlu komandirləri müdafiə edirdi. Frunze adına hərbi akademiyanın rəisi R.Eydoman baş vermiş hadisədə şəxsi günahı olduğunu hiss edərək birinci çıxış edir. O deyirdi: “Axotnikov nə terroristdir, nə də düşməndir. Bu bir sinir böhranıdır və affekt halıdır”.

Eydomanı general Yakir də dəstəklədi. Bu illərdə general Yakir Ukrayna hərbi dairəsinin komandiri və SSRİ icraiyyə Komitəsinin üzvü idi. Kursantı müdafiə edən üçüncü şəxs general Tuxaçevski oldu. O, məsələyə siyasi şərh verir və qeyd edir ki, “əgər Axotnikovu güllələsək insanlara cavab verməliyik. Əgər onun rəhbərə sui-qəsd etdiyini qəbul edəriksə deməli ölkənin ən mühüm meydanında və ən mühüm tədbirində təhlükəsizliyin olmadığını etiraf etməliyik”. Yəhudi əsilli bu üç general bir kursantı müdafiə etdilər.

1927-ci ildə Stalin hələ “millət atası” deyildi. O başa düşürdü ki, ordunun yüksək dərəcəli generallarını dinləməmək, onlarla hesablaşmamaq olmaz. Yakir, Eydeman və Tuxaçevski vətəndaş muharibəsi qəhrəmanlar idi və onların əleyhinə gedəcək qədər Stalin hələ güclü deyildi. Qarşıda sağ cərəyan və Buxarinçilərlə mübarizə dururdu. Hələ ordu Stalinə lazım idi və onlarla konfliktə getməyin zamanı deyidı. Odur ki, Stalin çıxışçılarla razılaşır. Y.Oxotnikov həbs olunmur və akademiyada təhsilini davam etdirir və oranı bitirir.

1930-cu illərdə SSRİ-nin sənayeləşmə dövrü başlanır və yüz minlərlə insan Sibirdə başlanan böyük tikintilərə cəlb olunur. Ölkədə aclığın və məhrumiyyətin hakim olduğu zamanda mətbuat sənayeləşmənin uğurlarından yazırdı.

Hərbi akademiyanı bitirən Yakov Osipoviç Axotnikov metallurgiya sahəsində işləməyə başlayır. 1932-ci ildə Y.Axotnikovu Trotskiçilərlə əlaqəsinə görə partiyadan xaric edirlər. Həmin il də həbs olunur və on il həbs cəza alır. 1935-ci ildə onu vaxtından əvvəl həbsdən azad edirlər. Azad olunduqdan bir neçə gün sonra onu yenidən həbs edirlər. Bu dəfə o əksinqilabçı hərbi qrupun üzvü olmaqda ittiham edilir. Voraşılova və Stalinə sui-qəsd təşkilində ittiham olunur. 1937-ci ilin payızında Maqadanda edam hökmü icra olunur.

Pitenko və Geller – Oxotnikovla birlikdə 1927-ci il paradında mühafizə xidmətinə cəlb olunan kursantlar da öz cəzalarını alırlar. 1937-ci ildə onlar da hərbi çevrilişdə iştiraka görə ittiham olunaraq həbs edilir və güllələnirlər.

1935-ci ilin dekabırın 1-də Leninqradda Stalinin yaxın silahdaşlarından biri olan, Leninqrad Vilayət partiya komitəsinin sədri S.Kirovu gülləliyirlər. Qeyd edək ki, XI Qızıl ordunun rəhbərliyində Azərbaycana gəlmiş və bir müddət burada rəhbərlik etmiş S.M.Kirov müxtəlif dövlət vəzifələri daşıyırdı və onun öldürülməsi geniş rezonans yaratdı. Stalin böyük repressiyaların başlanmasında bu hadisəni özünə əsas götürdü. Kütləvi həbslər, güllələnmələr və sürgünlər başladı. İlk növbədə müxalifətçilər, onların yaxınları və qohumları həbs olunurdu. Sonra bu siyahı daha da artırıldı.

1937-ci ilin 12 iyununda yüksək dərəcəli hərbi komandirlər – Tuxaçevski, Yakir, Ubareviç, Eydman və bir qrup zabitin (8 nəfər) qapalı məhkəməsi keçirildi. Həmin gün də məhkəmənin qərarı ilə onlar güllələnirlər.

Stalin dövründə “köhnə qvardiya” adlanan siyasi elitanın da əksəriyyəti, yeni rəhbərliyin də mühüm hissəsi yəhudi əsilli nümayəndələr idi. Lakin cəmiyyət onları yəhudi azlığının nümayəndəsi olaraq deyil sovet hökumətinin rəhbərləri kimi qəbul edirdilər. Xüsusilə də siyasi və ideolojı sahənin nəhəngləri hesab edilən Trotski, Kamenyev, Zinovyev, Buxarin kimi şəxsiyyətləri yəhudi kimi deyil sovet ideologiyasının yaradıçısı və Leninin silahdaşı kimi təqdim edirdilər.

Buxarin (Moişa Dolqolevski) Stalinə qeyri-rəsmi müraciət edən və çıxışlarında onu Koba adlandıran partiyanın və ölkənin azsaylı yüksək vəzifəli şəxslərindən biri idi. Stalin də öz növbəsində Buxarini “Nikolaşi” və ya “Buxarçik” adlandırırdı. Buxarin Trotskiyə (1923-1924), Kamenev və Zinovyevə (1925-1926) qarşı mübarizədə və Trotskinin son məğlubiyyətində (1927) Stalinə əhəmiyyətli dəstək vermişdir. Zinovyevin Kommunist İnternasionalının İcraiyyə Komitəsinin 7-ci plenumunda (noyabr-dekabr 1926) Kommunist İnternasionalının İcraiyyə Komitəsinin sədri vəzifəsindən azad edilməsi ilə Buxarin Kominterndə lider mövqeyini tutdu.

Sverdlov (Yakov Aroon Svetlov) peşəkar bolşevik və inqilabçı olaraq, ümumilikdə 12 ildən çox sürgün və həbsxana həyatı yaşamışdır. RSDLP(b) və RKP(b) Mərkəzi Komitəsinin üzvü idi. “Pravda” qəzetinin redaksiya heyətinin üzvü (1912), 1905-1907-ci illər inqilabı zamanı RSDLP(b)-nin Yekaterinburq və Ural komitələrinin rəhbərliyində çalışmış və Oktyabr inqilabının liderlərindən biri hesab edilirdi.

1917-ci ilin noyabrından 1919-cu ilin martına qədər Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri, RSFSR-in rəsmi rəhbəri hesab edilirdi. 1918-ci ilin avqust-sentyabr aylarında V.İ. Leninə qarşı sui-qəsd cəhdindən sonra RSFSR Xalq Komissarları Şurasının sədri vəzifəsini icra etmişdir. RSFSR-in 1918-ci il Konstitusiyasını hazırlayan komissiyanın sədri olmuşdu. RKP(b) Mərkəzi Komitəsi Katibliyinin ilk və yeganə sədri idi. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri və Rusiya Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü kimi o, Təsis Məclisinin buraxılmasının, kazakların mülkiyyətdən məhrum edilməsinin və “qırmızı terror”un təşkilatçılarından biri idi. O, sonuncu Rusiya imperatoru II Nikolayın edamını alqışlamışdı.

Nijni Novqorod Vilayəti Arxiv Komitəsinin rəhbəri B. M. Pudalov “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə Nijni Novqorod Vilayətinin Mərkəzi Arxivində saxlanılan “Yakov Mixayloviç (Moiseyeviç) Sverdlovun anadan olması haqqında qeyd ilə birlikdə 1885-ci il üçün Nijni Novqorod yəhudi ravvininin doğum qeydiyyatı” sənədinə istinad edərək bildirib ki, “Sverdlovun doğum qeydiyyatı onun adı ilə bağlı bütün mövcud versiyaları təkzib edir: Yankel, Yeşua”, çünki “doğulduğu zaman Yakov-Aaron ikili ad ilə qeyd olunub” və Nijni Novqorod Vilayəti Mərkəzi Arxivinin nəşrlər və sənədlərin istifadəsi şöbəsinin müdiri M. A. Dinges qeyd edərək bildirib ki, “Sverdlov” soyadı əvvəlcə qeydiyyatda göstərilib, baxmayaraq ki, sonra sözün “üstündən xətt çəkilib və ona “Sverdlov” əlavə edilib” və əlavə edib ki, “qeydiyyat kitabları ilə işləmək təcrübəmdən bilirəm ki, bu cür səhvlər olduqca yayğındır”.

Qriqori Sokolnikov (ilk sovet maliyyə narkomu-naziri) – Qirş Briliant yahudi əsilli idi.  1-ci, 2-ci və 7-ci çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. RSDFP(b) Mərkəzi Komitəsinin üzvü (1917-1919 və 1922-1930), Mərkəzi Komitə üzvlüyünə namizəd (1930-1936). RSDFP(b) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü (oktyabr 1917), Mərkəzi Komitə Bürosunun üzvü (mart-iyul 1918 və mart 1919), Siyasi Büronun üzvlüyünə namizəd (1924-1925) olub və 21 may 1939-cu ildə həbsxanada öldürülüb. Yəhudi ailəsində anadan olan Qriqorinin atası, tibb doktoru və kollec şurasının üzvü Yakov Moiseevich Brilliant idi. 1896-cı ildən Moskvada dəmir yolunda həkim vəzifəsində çalışmışdı. Anası Fanya Solomonovna Brilliant (qızlıq soyadı Rosenthal) birinci gildiya tacirinin qızı idi.

Maksim Maksimoviç Litvinov (Meer Qenox Ballax) SSRİ-nin 1930–1939-ci illərdə xarici işlər komissarı (naziri) olub. 1876-cı ildə yəhudi tacir ailəsində anadan olan Litvinov Belostok Real Məktəbində oxuyub. 1893-cü ildə məktəbdən məzun olduqdan sonra könüllü olaraq orduya yazılıb və beş il Bakıda 17-ci Qafqaz Piyada Alayında xidmət edir. Sonralar, Litvinov on il Londonda yaşayır. London Kitabxanasının direktoru Çarlz Raytın köməyi ilə “Williams and Norgate” nəşriyyatında  işə başlayır. O, London Bolşevik qrupunun və Herzen Dairəsinin katibi idi. Sovet illərində SSRİ-nin İngiltərədə ilk səfiri təyin edilir. Böyük Vətən Müharibəsinin başlaması ilə o, xidmətə qaytarılır və bir müddət Stalinin tərcüməçisi kimi çalışır.

1941-ci ildən 1946-cı ilə qədər o, SSRİ Xarici İşlər üzrə Xalq Komissarının müavini, eyni zamanda 1941-ci ildən 1943-cü ilə qədər SSRİ-nin ABŞ-dakı səfiri və 1942-ci ildən 1943-cü ilə qədər SSRİ-nin Kubadakı səfiri vəzifələrində çalışır. ABŞ-ı tərk etməzdən əvvəl o, ABŞ Dövlət Katibinin müavini Samner Uellsi ziyarət edir və bu səfər zamanı Stalini Qərbi anlamadığına, Sovet sisteminin çevik olmadığına və xüsusən də onun varisi olan Xarici İşlər üzrə Xalq Komissarı Vyaçeslav Molotovu tənqid edir.

1943-cü ilin sentyabrında o, SSRİ Xarici İşlər Xalq Komissarlığı nəzdində yeni yaradılmış Sülh Müqavilələri və Müharibədən Sonrakı Struktur üzrə Komissiyaya rəhbərlik edir və 1946-cı ildə təqaüdə çıxır. 1951-ci ilin sonunda infarkt keçirir və 31 dekabrda vəfat edir.

Stalin dövrünün xarici işlər naziri V.Molotov əslən rus mənşəli olsa da onun həyatında 1921-ci ildə ailə qurduğu həyat yoldaşı  Polina Semyonovna Jemçujina (doğum adı Perl Solomonovna Karpovskaya, 1897-ci il Yekaterinoslav quberniyası – 1970, Moskva) mühüm rol oynayıb. P.Jemçujina Sovet partiya və hökumət xadimi və SSRİ Balıqçılıq Sənayesi Xalq Komissarı (1939) olub. 1949-cu ildə dövlətə xəyanət ittihamı ilə həbs olunaraq sürgünə göndərildi və 1953-cü ilə qədər sürgünda qalır.

1952-ci il 17 oktyabr plenumunda Stalin İsrail dövlətinin yaradılmasını ABŞ imperializminin forpostu olaraq qiymətləndirir və “Bunu qəbul etmək təhlükədir və xəyanətdir… Molotov Krımı yəhudilərə vermək ideyasını dəstəkləyib” deyir.

Məlum olur ki, 1948-ci ilin may ayının 14-də  Ben Qrionun İsrail dövlətini elan edəndan 11 dəqiqə sonra ABŞ prezidenti Harri Trumen o dövləti tanıması haqqında bəyanat verir. Həmin ilin may ayının 17-də isə (dövlət elan olunandan 3 gün sonra) SSRİ İsrail dövlətinin tanımasını elan edir və may ayının 26-dan başlayaraq rəsmi diplomatik əlaqələr yaradılır. Bəs belədirsə, Stalin bu məsələdə niyə Molotovu iddiam edir?

Stalinin P.Jemçujinaya olan şübhələri 1948-ci ildə Kremldə keçirilən dövlət qəbulu zamanı təsdiqlənir. 1948-1949-cu illərdə yenicə dövlət olaraq tanınan İsrail hökumətinin SSRİ-də ilk səfiri Golda Meer təyin olunur. Kremldə keçirilən qəbul zamanı P.Jemçujinanın Qolda Meer ilə Stalinə məlum olmayan bir dildə uzun-uzadı söhbət etməsi onun diqqətini cəlb edir. Stalin P.Jemçujinanı yanına çagıraraq səfirlə hansı dildə danışdıgını soruşur. P.Jemçujina uşaqlıq illərində öyrəndiyi idiş dili olduğunu deyir, lakin uzun-uzadı yeni yaranmış bir ölkənin səfiri ilə nə barədə danışdıgını demir. Həmin gün axşam NKVD əməkdaşları ölkənin ikinci şəxsi olan V.Molotovun evinə gələrək P.Lemçujinanı həbs edirlər.

Belə məlum olur ki, Molotovun arvadı P.Jemçujina sionist qruplarla əməkdaşlıq etmiş və 1918-ci ildə ABŞ-a mühacirət etmiş qardaşı Samuel Salamonoviç Karpov (ABŞ-da Sem Karp) vasitəsi ilə yəhudi lobbiçiliyi ilə məşgul olmuş və “Krım yarımadasının yəhudilərə verilməsi” danışıqlarını V.Molotov vasitəsi ilə həyəta keçirilməsinə çalışmışdı. İsrailin tanınması ilə əlaqədar da Stalinə yanlış məlumatlar verərək hadisələri sürətləndirmişdilər. Bütün bunlara görə P.Jemçujina həbs olunur və onun həbs edilməsi məsələsi səsə qoyulanda V.Molotov arvadının həbsinə ilk səs verənlərdən olur. 1953-cü ildə Stalinin vəfatı Molotovun həbs edilməsinin qarşısını alır.

1952-ci ilin plenumunda Stalin “Yoldaş Mikoyan sabotajla məşğul olur” deyə xəbərdarlıq edir ki, bu da müstəqil tədqiqatın obyektidir.

Göründüyü kimi Stalin dövründə də yəhudi əsilli siyasi xadimlər dövlətin siyasi, iqtisadi və mədəni həyatında geniş istirak edirdilər. Stalin dövrünün ən böyük “baş kəsənlərini” müəyyənləşdirsək siyahıda Beriyadan başqa Yaqoda, Yejov, Abakumov, Sudaplatovu göstərmək lazımdır.

Yaqoda – Enok-Henrikh (Xanok) Gerşenoviç – yəhudi idi. O 1891-ci ildə yəhudi zərgər ailəsində anadan olmuşdu. Onun atası Rusiya imperatoru hərbi qüvvələrindən əsgər olaraq təqaüdə çıxdığına görə bu ailəyə “xüsusi məskunlaşma” məhduduyyəti tətbiq olunmurdu.

Yaqoda ailəsi Nijni Novqoroddan Sverdlovlar ailəsi ilə də qohum idi. Yaqodanın atası Gerşen Filippoviç, Nijni Novqorodda yaşayan Yakov Sverdlovun atası Mixail İzraileviç Sverdlovun əmisi oğlu idi. Yaqoda sonradan onun ikinci əmisi oğlu İda Leonidovna Averbaxla (Yakov Sverdlovun bacısı Sofiya Mixaylovnanın qızı) evləndi. Onların Qarik adlı oğlu olur (1929, Moskva-2003- Aşdod,İsrail).

SSRİ-nin ilk xarici kəşfiyyat idarəsinə rəhbərlik edən Trilisser, Meer Abramoviç Yaqodanın həbsindən sonra onun tərcümeyi halını yoxlayır və saxtakarlıqları üzə çıxarır. Onun rəhbərliyi ilə SSRİ-nin ilk xarici rezidentləri seçilir və onların qarşısında vəzifələr qoyulyr. Rezidentlərin siyahıs göstərir ki, onların sırasında rus əsilli şəxslər ya yoxdur, ya da çox azdır. İşə qəbul olunmuş rezedentlərin siyahısı: M. A. Trilisser ÇK-GPU-nun bütün xarici kəşfiyyat sistemini təşkil etmiş, rezidenturaların işini sadələşdirmiş və A. A. Slutski, S. M. Şpiqelqlaz, Ya. G. Minsker, A. A. Neyman, S. G. Velezhev, A. Müller, Ya. G. Blumkin, I. S. Reiss, S. Z. Ginzburg, G. S. Agabekov, M. M. Akselrod, I. G. Gert, L. E. Manevich, A. P. Rozengolts, L. L. Feldbin, V. S. Nesterovich, E. S. Goldenstein, M. Goldberg, Ya. M. Bodesko, E. A. Fortunatov, E. E. Fortunatov, V. V. Bustrem və başqaları da daxil olmaqla sovet kəşfiyyat işçilərini seçmişdir.

Nikolay İvanoviç Yejov haqqında məlumatlar çox qarışıqdır. O illərdə tərcümeyi-halını dəyişdirərək özünü fəhlə ailəsindən olduğunu göstərmək əhəmiyyətli idi. Buna baxmayaraq çox sayda Sovet dövlət rəhbərləri zədəgan ailəsindən idi və müvafiq olaraq da yüksək təhsil almışdılar. Yejov isə mənşəyini gizlədənlərdən idi və siyasi karyerasını da bu yolla əldə etmişdi. Qazaxıstanda, Qırğızıstanda partiya funksioneri olmuş və ailə qurandan sonra 1921-ci ilin iyul ayında o, Moskvada  Antonina Titova ilə evlənir və həmin ilin sentyabr ayından paytaxta köçürülməsini təmin edir.

26 sentyabr 1936-cı ildə Yejov, SSRİ Daxili İşlər Xalq Komissarı təyin edildi və bu vəzifədə Genrix Yaqodanı əvəz etdi. 1 oktyabr 1936-cı ildə Yejov Xalq Komissarı vəzifələrini öz üzərinə götürməsi ilə bağlı NKVD-nin ilk əmrini imzaladı. Həm Yaqoda həm də Yejov zamanı NKVD-nin nazir müavini olan və əsas əməliyyatlara rəhbərlik edən də yəhudi əsilli Yakov Sauloviç Aqranov (doğum adı – Yankel Şeveleviç (Şmaeviç) idi.

Sovet NKVD-sinin rəhbəri təyin olunduqdan sonra arvadını tabel silahı ilə öldürüb bir yəhudi qızı ilə evlənməsi məlumdur. O dövrdə arvadını xidməti silahla öldürüb qəza adlandırmaq geniş yayılmışdı. Stalin də belə etmişdi, Budyonnu da. Lakin Yejov haqqında deyilənlər bir qədər fərqli baş verir. Yejovun ikinci avvadı yəhudilərdən ibarət dərnəklər yaradır və ora toplaşan filosof, yazıçı, aktyor və mügənnilər müxtəlif tədbirlərdə Sovet hakimiyyəti əleyhinə çıxışlar edirdilər. İlk baxışdan Yejovun himayəsinə sığınan bu qrup Stalinin tapşırığı ilə həbs edilirlər. Yejov arvadını həbsdən qurtarmaq üçün onu dəlixanaya salır. Lakin orada da onu quruya bilmir və sonunda ikinci arvadını da zəhərliyərək öldürür.

SSRİ-nin elitasında həbs olunmuş yaxınları ilə əlaqədar Stalindən xahiş etmək praktikası yox idi. Dövlət rəhbərlərinin yaxınlarını, məsələn Molotovun arvadını həbs edərkən belə deyirdilər: “Orjonikidze öz qardaşı üçün Stalindən xahiş etdi və onu buraxmadı…”

Pavel Anatolyeviç Sudoplatov ukrayna əsilli idi (Павло Анатольевич Судоплатов). 1907-ci ildə, Melitopolda Taurida quberniyasında anadan olmuşdu  və  1996-cı ilə qədər uzun ömür sürmüşdü. O, sovet kəşfiyyatçısı, təxribatçısı və OQPU-nun, daha sonra isə NKVD-nin əməkdaşı idi. 1953-cü ildə həbs olunmazdan əvvəl SSRİ Daxili İşlər Nazirliyinin general-leytenantı idi. Ukrayna milli hərəkatı liderləri Yevgeni Konovalets və Roman Şuxeviçin, eləcə də 1940-cı ildə Lev Trotskinin öldürülməsini təşkil edənlərdən biri idi.

5 iyul 1941-ci ildə SSRİ Daxili İşlər Xalq Komissarının nəzdində nasist qoşunları tərəfindən müvəqqəti olaraq işğal edilmiş ərazidə kəşfiyyat və təxribat əməliyyatları təşkil etmək üçün Xüsusi Qrup yaradılır. Pavel Sudoplatov Xüsusi Qrupun rəhbəri təyin edilir. Bu məqsədlə NKVD-nin tərkibində olan Xüsusi Qrupun Qoşunları ona həvalə edilir. Xalq Daxili İşlər Komissarının nəzdində Xüsusi Qrup Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının 1-ci (Kəşfiyyat) İdarəsinin bazasında yaradılır. 1947-ci ilin fevralından 1950-ci ilin sentyabrına qədər ABŞ hərbi bazalarına, daha sonra isə digər NATO ölkələrinə qarşı Avropada təxribat əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışır. 1950-ci ilin sentyabrından SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin xaricdəki təxribat əməliyyatları üzrə 1 nömrəli bürosunun rəisi vəzifəsinə təyin olunur.

Stalinin ölümündən sonra kəşfiyyat orqanlarında yenidənqurma işləri başladı və bu müddətdə Sudoplatov 1953-cü ilin aprelində SSRİ Daxili İşlər Nazirliyinin Birinci Baş İdarəsinin (Əks-kəşfiyyat) rəis müavini, 1953-cü ilin may ayında isə SSRİ Daxili İşlər Nazirliyinin 9-cu İdarəsinin (Kəşfiyyat və Sabotaj) rəisi təyin edilir. Lavrenti Beriyanın həbsindən və 31 iyul 1953-cü ildə 9-cu İdarənin ləğvindən sonra o, SSRİ Daxili İşlər Nazirliyinin İkinci Baş İdarəsinə (Kəşfiyyat) şöbə rəisi təyin edilir.

21 avqust 1953-cü ildə general-leytenant Sudoplatov Moskvanın Lubyanka meydanındakı ofisində “Beriya ilə əlbir olduğu üçün” həbs edilir və sui-qəsddə ittiham olunur. Sudoplatovla birlikdə general-leytenant B. P. Obruçnikov və general-mayorlar N. İ. Eytinqon, S. F. Yemelyanov və A. F. Ruçkin 1953-cü ilin iyun-dekabr ayları arasında dövlət təhlükəsizlik orqanlarından qovulurlar və onlardan bəziləri sonradan həbs edilirlər. Həbs olunmaqdan qorxan Daxili İşlər Nazirinin Qoşunlar üzrə müavini ordu generalı İ. İ. Maslennikov 16 aprel 1954-cü ildə intihar edir. Sudoplatov isə istintaq zamanı özünü dəliliyə vurur və 1958-ci ilə qədər Leninqrad Xüsusi Psixiatriya Xəstəxanasında saxlanılır.

12 sentyabr 1958-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən xain Beriyaya dövlət çevrilişinin hazırlanmasında, insan üzərində təcrübələrin aparılmasında, adam oğurluğunda və çoxsaylı qətllərə fəal kömək etdiyinə görə Sudaplatov 15 il həbs cəzasına məhkum edilir.

Sudaplatov özü milliyyətçə ukraynalı olsa da 1926-cı ildə Qomel şəhərində anadan olmuş və sonradan NKVD-də leytenant olaraq çalışan, yəhudi əsilli Emma Karlovna Kaqanova ilə ailə qurur. Onun qızlıq soyadı Sulamif Solomonovna Krimker (1905–1989) idi və uzun müddət Sovet kəşviyyatçısı kimi fəaliyyət göstərmişdi. Sudaplatovun da həyatında arvadının mühüm rol oynadığı qeyd edilir.

1908-ci ildə anadan olmuş Viktor Semyonoviç Abakumov general-polkovnik 1945-ci ildən Dövlət Təhlükəsizliyi Komissarı vəzifəsini tutur. 1946-1952-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Naziri olur. Xalq Müdafiə Komissarının müavini və SSRİ Xalq Müdafiə Komissarlığının “SMERŞ” Əks-kəşfiyyat Baş İdarəsinin rəisi (1943–1946) olaraq təyin edilir və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilir. 12 iyul 1951-ci ildə V.S. Abakumov həbs olunaraq dövlətə xəyanət və sionist təşkilatının təşkil etdiyi sui-qəsddə iştirak etməkdə ittiham olunub. Stalinin ölümündən sonra Abakumova qarşı ittihamlar dəyişdirilir və o, “Leninqrad işi” ilə ittiham olunaraq edam edilir.

Stalin dövrünün yəhudi əsilli elitaya Kaqanoviç də daxildir. Lazar Moiseevich Kaganoviç 1893-cü ildə Kiyevdə anadan olub və 1991-ci ilə qədər uzun ömür sürüb. Bütün sovet partiya və dövlət orqanlarında ən yüksək vəzifələr daşıyıb. Partiyanın 1926-1930-cu illərdə Siyasi biro üzvlüyünə namizəd, 1930-1957-ci illərdə Mərkəzi Komitənin Siyasi Bürosunun və Rəyasət Heyətinin üzvü olub.

O, Kiyev quberniyasının Radomysl rayonunun Kabani kəndində yəhudi kəndli ailəsi olan Moisey Gershkoviç Kaganoviç və Genya İosifovna Dubinskayanın (1860-1933) ailəsində anadan olub. Ailənin 13 uşağı var idi, onlardan altısı uşaqlıqda vəfat edib. 1897-ci ildə aparılan əhali siyahıyaalmasında atası tacir Moshko Benyevich Kaganoviç (1860) və anası Çernobıldan olan Genya İosyevna Kaganoviç (1860) kimi qeydə alınıb. Atası Kiyev quberniyasının Xabno şəhərciyindən idi və bütün ailə orada qeydiyyatda idi. Babası, həmçinin Xabnodan olan Ben Aronoviç Kaganoviç (1837) və Narodiçidən olan nənəsi İtka Moshkovna (1839) da orada qeydə alınıb.

Kaqanoviç 1919-cu ilin sentyabrında Cənub Cəbhəsinin Voronej sektoruna göndərilir. Voronej Qırmızı Ordu tərəfindən ələ keçirildikdən sonra Voronej Vilayət İnqilab Komitəsinin, daha sonra isə Vilayət İcraiyyə Komitəsinin sədri olur. 1920-ci ilin sentyabrında RKP(b) Mərkəzi Komitəsi tərəfindən Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Türküstan Komissiyasının və Xalq Komissarları Şurasının üzvü kimi Orta Asiyaya göndərilir. RKP(b) Mərkəzi Komitəsinin Türküstan Bürosunun üzvü və eyni zamanda Türküstan Cəbhəsinin İnqilabi Hərbi Şurasının rəhbərlərindən biri olur. Türküstan Respublikasının Fəhlə və Kəndli Müfəttişliyinin Xalq Komissarı və Daşkənd Şəhər Şurasının sədri olaraq fəaliyyət göstərir.

1924-cü ildə Leninin ölümündən sonra başlayan gərgin partiyadaxili mübarizədə Stalinə RSFSR-dən sonra ən böyük Sovet respublikası olan Ukraynanın dəstəyini təmin etmək çox vacib idi. Stalinin tövsiyəsi ilə 1925-ci ildə Ukrayna Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin baş katibi Kaqanoviç seçilir.

Georgi Malenkov 23 noyabr 1901-ci ildə Orenburqda anadan olub. Bu tarix arxiv sənədlərindən tədqiqatçılar tərəfindən 2016-cı ildə müəyyən edilib. Əvvəllər arayış kitablarında tarix 26 dekabr 1901 [8 yanvar 1902] kimi göstərilirdi ki, bu da səhv hesab edilməlidir. O, Makedoniyadan gələn mühacir-zadəgan ailəsi Maksimilian Malenkovun nəslindən olub və ata tərəfdən babası polkovnik idi.

1935–1936-cı illərdə Stalin “Kadrlar hər şeyi həll edir” şüarını irəli sürdükdən sonra partiya sənədlərini yoxlamaq və dəyişdirmək üçün kampaniya  başlatdı və bu müddət ərzində Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının bütün üzvləri və namizədləri haqqında 2.5 milyon qeydlər toplandı. Nəticədə əldə edilən kartoteka əsasında, həmçinin partiya üzvü olmayan liderlər və mütəxəssislər haqqında məlumatları da özündə birləşdirən, Malenkov tərəfindən nəhəng, mərkəzləşdirilmiş nomenklatura kadr sistemi quruldu.

1937-ci ilin yayında İ.V. Stalinin tapşırığı ilə N.İ. Yejov, M.P. Frinovski, A.İ. Mikoyan və L.M. Kaqanoviçlə birlikdə kütləvi terrorun baş verdiyi “yerli partiya təşkilatlarının, NKVD-nin, NKVD İdarələrinin və digər dövlət qurumlarının fəaliyyətini yoxlamaq” üçün Belarus, Ermənistan, Gürcüstan, Tacikistan, Tatarıstan MSSR, Novosibirsk vilayəti, Sverdlovsk vilayəti və digər bölgələrə səfər etdilər. Yanvar plenumunda Malenkov “Ümumittifaq Kommunist Partiyasından (bolşeviklərdən) kommunistlərin qovulması zamanı partiya təşkilatlarının işindəki çatışmazlıqlar haqqında” məruzə etdi və 1938-ci ilin avqustunda “İfratçılıq haqqında” məruzə ilə çıxış etdi və Yejovun devrilməsində böyük rol oynadı. Onu və ona tabe olan qurumları partiyaya sadiq kommunistləri məhv etməkdə ittiham etdi. Eləcə də, Beriya ilə birlikdə o, Yejovu Malenkovun kabinetindəki həbsində iştirak etdi.

Malenkov 22 mart 1939-cu ildən 1946-cı ilin yazına qədər Mərkəzi Komitənin Kadrlar şöbəsinin müdiri və Mərkəzi Komitənin katibi vəzifələrində çalışdı. 1939-cu ilin martından 1952-ci ilin oktyabrına qədər Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü olmuşdur. Kadrlar ilə işə rəhbərlik etdyindən Stalin öləndən sonra hakimiyyət Malenkova keçir. Xruşşov və Beriya da açar məqamları tuturlar. İyun ayında Beriyanı həbs edir və gülləliyirlər.

1935-ci ildə SSRİ-də yeni, yüksək hərbi dərəcə “Sovet İttifaqı Marşalı” müəyyənləşdirilir. Bu dərəcə ilk olaraq Voraşilova, Tuxaçevsiyə, Budyonnıya, Blyuxerə və Yeqorova verilir. Voraşılov və Budyonnu bu siyahıda yeganə şəxsdirlər ki, Stalinin ölümündən sonra da həyatlarına  davam etdilər. Bu marşalların da yarıdan çoxu yəhudi əsilli idi və Sovet hərbi qüvvələrinin elitası hesab edilirdilər.

Geniş ictimaiyyətə Marşal Yeqorov haqqında məlumat demək olar ki, heç verilməyib. O, 1883-cü ildə Orenburqda kasıb kəndli ailəsində anadan olmuşdu. 1936-da SSRİ müdafiə nazirinin müavini idi. Vətənə xəyanətdə ittiham olunur. 1939-cu ildə edam edilir. Əvvəl arvadını həbs edirlər. Onu sorğulayıb lazım olan məlumatlar əldə olunur. Sonra marşalı tuturlar və o da casusluq etdiyini boynuna alır. Əvvəl marşalın özünü edam edirlər, 3 aydan sonra arvadını  güllələyirlər, uşaqlarını fərqli familiyalarla uşaq evlərinə göndərirlər və Yeqorov adını bütün sənədlərdən silirlər, sanki belə bir marşal olmayıb.

1948-1952-ci illərdə “Leninqrad məsələsi”, “kosmopolitlər məsələsi”, “həkimlər məsələsi” kimi geniş çaplı əməliyyatlar aparılır. Bu əməliyyatlarda da yəhudi əsilli sovet vətəndaşları bir tərəfdən zərərçəkən olaraq iştirak edirdi, digər tərəfdən də cəzaverən olurdular.

Solomon Mikhoelsin qətli 12 yanvar 1948-ci ildə Minskdə baş verib. Məşhur teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mikhoels Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin agentləri tərəfindən öldürülür. Qətl qəza kimi, avtomobil qəzası olaraq təşkil edilir. Mikhoelslə birlikdə Mikhoelsin oğurlanmasında iştirak etmiş teatrşünas və MGB aqenti Vladimir Qolubov da öldürülür. Cinayətin təfərrüatı 1953-cü ildə Stalinin ölümündən sonra məlum olsa da, heç bir cinayət işi açılmır və qətldə iştirak edənlər heç vaxt cəzalandırılmır. Məhz 1947-ci ildə Azərbaycanda, Bakı-Yevlax yolunda, Cənubi Azərbaycan Milli hərəkatının lideri S.C.Pişəvərinin də həmin qaydada, avtomobil qəzasında öldürülməsi hətta Stalinin ölümündən sonra da açıqlanmır.

1948-ci ildə Moskva yaxınlığındaki sanatoriyada Stalinin silahdaşı SSRİ-nin dövlət adamlarından və Stalinlə xüsusi yaxınlığı olan Andrey Jdanov infarktan ölür. Sanatoriyanın Timoşuk familiyalı bir həkimi A.Jdanova düzgün olmayan müalicə metodu tətbiq edidiyi haqqında Mərkəzi Komitəyə şikayət məktubu yazır. Buna görə 1952-ci ildə ona Lenin ordeni verilir və Stalinin ölümündən sonra orden əlindən alınır.

Stalinin antisionist mövqeyi və “intihar etmiş” həyat yoldaşı Nadejda Alliluyevanın yəhudi qohumlarına qarşı nifrətindən xəbərdar olan Dövlət Təhlükəsizlik Naziri Viktor Abakumov, guya Stalinin özünü və ailəsini hədəf alan sionist sui-qəsd  planları haqqında hesabat hazırlayır. 1946-cı ilin sonlarından başlayaraq, o, Stalinə müntəzəm olaraq qızı Svetlana ilə əri Qriqori Morozov və “yəhudi millətçisi” Mikhoels tərəfindən Amerika kəşfiyyatı adından Stalin haqqında şəxsi məlumat toplamaq üçün göndərilən İsaak Qoldşteyn arasındakı əlaqələr haqqında məlumat göndərir.

Qoldşteyn Mikhoels Mikhoelsin rəhbərlik etdiyi Yəhudi Antifaşist Komitəsinin üzvü olan dostu Zaxar Qrinberq vasitəsilə tanıyırdı. Mikhoels, həqiqətən də, Stalinin qızı və əri ilə əlaqələrini onunla müzakirə edirdi və qohumlarından istifadə edərək Stalini SSRİ-dəki “yəhudiləri narahat edən” problemlər barədə məlumatlandırmaq ümidi ilə Qoldşteynin onunla əlaqələrini müzakirə etdiyini boynuna alır.

10 dekabr 1947-ci ildə Abakumovun Stalinə hesabatından sonra Nadejdanın bacısı Yevgeniya Alliluyeva həbs edildi. Alliluyevanın digər qohumları və daha sonra onların tanışları həbs edildilər. 16 dekabrda Yevgeniyadan Qoldşteynə qarşı ifadə alındı ​​və o, 19 dekabrda həbs edildi. 23 dekabrda Abakumov Kremldə Stalinlə Molotov, Malenkov, Beriya, Jdanov, Kuznetsov, Voznesenski, Kosıgin, daxili işlər naziri Kruqlov və maliyyə naziri Zverevlə görüşdə iştirak etdi. Tarixçi Gennadi Kostırçenko hesab edir ki, Abakumov bu görüşə Qoldşteyndən alınan sui-qəsd etirafını  onlara təqdin edir.

“Həkimlər məsələsi” adlanan əməliyyatda tərtib olunan böyük bir siyahıda  47 nəfər yəhudi əsilli həkil var idi. Stalin həkimə müraciət etməyi sevmirdi və onun paranoyası hamıya düşmən olaraq baxmağa sövq edirdi. Nəticədə dünya şöhrətli bir sıra həkimlər – akademik Bexterev (beyin institutunun direktoru, psixiator və nevroloq) Stalinə “paranoya” diaqnozu qoyduğuna görə zəhərlənərək öldürüldüyü ehtimal olunur və Dmitrieviç Pletnov – Stalinə paranoya diaqnozu qoyan digər psixiator 1941-ci ildə repressiyaya uğradı.

Həkimlər məsələsində “Ağ xalatlı qatillər” adlanan yüksək dərəcəli tibb mütəxəssisləri – akademik Vinaqradov, professor-kardioloq Koqan, nevropotoloq Qrinşteyn, otolorintoloq Feldman və başqaları həbs edildilər. Bunları beynəlxalq millətçi yəhudi terrorist təşkilatı “Coint” ilə əlaqələndirdilər. Coint təşkilatı bu gün də yəhudilər üçün xeyriyyə təşkilatı olaraq fəaliyyətini davam etdirir.

1953-cü ilin mart ayında Stalin öldükdən sonra həkimlər işi dayandırılır və həkimlərin azad edilməsi əmrini Lavrenti Beriya verir. Eləcə də bir çox iddialar üzrə istintaqlar dayandırılır və həbsdə olanlara amnistiya verilir.

Göründüyü kimi Sovet dövrü elitasında yəhudi əsilli şəxslər siyasi rəhbərlikdə, dövlət-təsərrüfat qurumlarında, akademik sahələrdə, mədəniyyət və incəsənətdə çox geniş şəkildə iştirak edirdilər. SSRİ-ni təsis edən on beş respublikanın nümayəndələri və ümumiyyətlə sovet xalqlarından heç biri mərkəzi hakimiyyətdə bu qədər geniş və dərin təmsilçiliyə malik olmamışdılar.

Stalinin ölümündən sonra da yəhudi əsilli sovet vətəndaşları partiya və ideolojı sahələrdə, Nazirlər Kabinetində və sənayenin müxtəlif sahələrində, universitetlərdə və akademiyada, mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərində fəaliyyət göstərir və çox sayda tanınmış şəxsiyyətlərlə təmsil olunurdular.

01.06.2026

Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

https://crossmedia.az/az/article/85635

Şərhlər bağlıdır.