Rusiya Prezident Administrasiyası ilə əlaqəli olan federal dövlət unitar müəssisəsi (FSUE) də yeni sanksiyalara məruz qala bilər
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Sanksiya siyahısını hazırkı Prezident Donald Trampın administrasiyası hazırlayıb. Bu barədə AYNA Rusiya mətbuatına istinadən bildirir.
Sənədin ilkin versiyasına görə, sanksiyaya əsas Rusiya Müdafiə Nazirliyi məruz qalacaq. Həmçinin, sanksiyalar Rusiyanın mülki müdafiə sahəsinin, müdafiə sənayesi sahəsinin 28 qurumuna tətbiq ediləcək.
Xəbərdə bildirilir ki, xüsusilə, ilk dəfə nüvə silahları, raket və kosmik texnologiyalarının yaradılması üzərində işləyən “Rosatom” və “Roskosmos”un iki təşkilatı sanksiya siyahısında görünəcək.
Bundan əlavə, məhdudiyyətlər mülki təyyarə istehsalı, təyyarə mühərrikləri və helikopterlərinin yaradılması, aviasiya materiallarının hazırlanması və təchizatı ilə məşğul olan 10 şirkəti təhdid edir.
Eyni zamanda, Rusiya Prezident Administrasiyası ilə əlaqəli olan federal dövlət unitar müəssisəsi (FSUE) də yeni sanksiyalara məruz qala bilər.
Şərhlər bağlıdır.