TOFİQ BAYRAM

ÖVLAD Kİ, YADLAŞDI...

…Övlad ki, yadlaşdı, dərd böyük olur,

Çəkdiyi xəcalət ömürlük olur.

Vicdan da, qeyrət də artıq yük olur –

Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,

O taylı, bu taylı vahid bir canam,

Baxır ögey kimi ağbirçək anam –

Öz ana dilini bilməyənlərə!..

Təqdim etdi: Məmmədəli Babaşlı

Şərhlər bağlıdır.