İRANIN KEÇMİŞ XARİCİ İŞLƏR NAZİRİ:

 “GÜNEY AZƏRBAYCAN ƏVVƏL-AXIR İRANDAN AYRILACAQ”

“Azad İran” “YouTube” kanalında İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin bir zamanlar səsləndirdiyi fikirlərlə bağlı maraqlı süjet hazırlanıb.

Süjetdə deyilir: “1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair Nazirlər Kabinetinin iclası keçirilirdi.

Həmin iclasda o zaman Xarici İşlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti demişdi: “Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (yəni Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.

Daha ətraflı videoda:

Şərhlər bağlıdır.