SENTYABRIN 3-DƏ CLUBHOUSE-DA GENİŞ TƏDBİR KEÇİRİLƏCƏK

Sentyabr ayının 3-ü, 1945-ci ildə böyük lider, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi təsis edildi. 1945-ci ilin oktyabr ayında keçirilən Azərbaycan Demokrat Firqəsinin birinci qurultayı Seyid Cəfər Pişəvərini partiyanın Mərkəzi Komitəsinin rəhbəri seçdi.

Azərbaycan Demokrat Firqəsi 77 ildir ki, İranda Azərbaycan xalqının demokratiya və milli hüquqlar ugrunda mübarizəsinin ümid yeridir. ADF həmişə oldugu kimi bu gün də S.C.Pişəvərinin irəli sürdüyü ideyalara sadiqdir, mübarizədə ön cərgədədir, verdiyi minlərlə şəhidlərin məramına sadiqdir.

ADF-nin yaradılmasının 77-ci ildönümü firqəçilərin qürur günüdür, var olmasının hüquqi statusudur, eləcədə bütün Azərbaycan xalqənən bayramıdır.

Nə yaxşı ki, Azərbaycan Demokrat Firqəsi var olub, yaşayıb və bu gün də yaşayır.

2022-Cİ İL SENTYABR AYININ 3-DƏ, TƏBRİZ VAXTI İLƏ SAAT 20-30 DA ADF-NİN “CLUBHOUSE” OTAGINDA GENİŞ TƏDBİR KEÇİRİLƏCƏK.

Şərhlər bağlıdır.