İRANDA QADIN MÜƏLLİMƏ HƏBS EDİLDİ

Avqustun sonlarında Əlborz vilayətində təhlükəsizlik qüvvələri müəllimlər həmkarlar ittifaqının tanınmış fəallarından olan Sara Siahpuru həbs ediblər.

Bununla bağlı Telegram kanalında verilən xəbərdə deyilir: “Sara Siahpuru evindən kənarda tutularaq naməlum yerə aparılıb. Hökumət qüvvələri xanım Siahpuru həbs etdikdən sonra şəxsi evinə aparıb və evində axtarış aparıblar”.

O, həbs edildikdən sonra ailəsi ilə qısa telefon danışığında təcridxanada olduğunu, lakin təcridxananın və saxlanma müəssisəsinin yerini bilmədiyini deyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.