SEPAH-IN DAHA BİR ZABİTİ ÖLDÜRÜLDÜ

Ölkə mediası xəbər verir ki, SEPAH zabiti Əli Sərvaninin Gülüstan əyaləti Ramiyan şəhərinin Rzaabad kəndində etnik bəluclar arasında baş verən münaqişənin yatırılması üçün keçirilən əməliyyat zamanı öldürülüb.

Xəbərdə deyilir ki, adı çəkilən zabitin havaya atəş açdığını iddia etsə də, bəluç fəallar sosial mediada yaydıqları məlumatda Əli Sərvaninin əhaliyə bir başa atəş açmasına cavab olaraq ov tüfəngi ilə vurulduğunu qeyd ediblər.

Onlar münaqişə zamanı SEPAH zabitinin bir neçə mülki şəxsi yaraladığını, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu yazıblar.

Fəallar hadisədən sonra onlarca etnik bəlucun həbs edildiyini və hökumət qüvvələrinin başqa həbslər həyata keçirmək üçün əməliyyatlar apardığını bildiriblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.