Anonimus haker qrupu İran xalqının etirazlarına dəstək üçün rejimin dövlət saytlarına qarşı kiber əməliyyatlara başladığını açıqlayıb. Azerbaycan-ruznamsi.org Azad İrana istinadən yazır:
– Biz burada sizinləyik. İrana qarşı əməliyyat başladı. bizi gözləyin! Haker qrupunun üzvlərindən biri sentyabrın 20-də tvitter mesajında etirazçılara xitabən bildirib.
Bundan bir neçə saat sonra İran dövlətinin rəsmi internet saytı və hökumət sözçünün informasiya saytı sıradan çıxıb və “Anonimus” bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
“Anonimus” haker qrupunun üzvü hökumət saytının bütün məlumat bazasının silindiyini açıqlayıb və “Biz sizi bağışlamayacağıq” mesajı buraxıb.
Sözügedən qrup habelə İranın ən böyük dövlət mediasına kiberhücum həyata keçirdiyini açıqlayıb, lakin daha ətraflı məlumat verməyib.
Bir müddət sonra hökumət sözçünün informasiya saytının ön səhifəsi bərpa olunsa da, onun bir çox hissələrinə giriş bağlanıb.
Şərhlər bağlıdır.