TƏBRİZLİ QIZ

Zabil Pərviz

Yaxın yollar uzaq oldu,

Həsrət məni öldürəcək,

Qırx altıda əldən çıxan

Fürsət məni öldürəcək.

Necə deyim qardaşınam.

Tutulmuşam qarğışına.

Əlim çatmır göz yaşına,

Qeyrət məni öldürəcək.

Taleyi doğrayım, biçim,

Qovruluram için-için,

Öləmmədim mən səninçün,

Bu dərd məni öldürəcək…

Şərhlər bağlıdır.