Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

Güney Azərbaycanın “Traxtur” futbol komandasının baş məşqçisi komandasının “Mis-i Rəfsəncan” üzərində 1-0 qələbəsindən sonra “təzyiq altındaydım, çünki 30-35 milyon türk azarkeşə cavab verməli olduğumuzu düşünürdüm” deyib.

Gunaz.tv

“Mizan” xəbər agentliyinin verdiyi məlumata görə, “Əlirza Mənsurian” dünən, 2 dekabr çərşənbə günü komandasının “Mis-i Rəfsəncan” üzərində 1: 0 hesablı qələbəsindən sonra verdiyi açıqlamada bildirib ki, “qələbə qazanan bəzi məşqçilər kimi yaxşı olduğumuzu və bütün fürsətlərdən istifadə etdiyimizi söyləmək istəmirəm.

“Mis-i Rəfsəncan” ilə bir oyun keçirdik. “Son üç oyunda yalnız “Sepahan”la belə bir oyun keçirmişdik, digər oyunlarda da ən yaxşı komanda olduq və rəqibimizə qalib gəldik.”
Baş məşqçi əlavə edib ki, “qarşı tərəfin sürətli bir komanda olduğunu bilirdim”.

“Rəbiyi ilə hər ikimiz pisixi basqı altındaydıq. Ancaq mən daha çox təzyiq altındaydım, çünki 30-35 milyon türk azarkeşə cavab vermək məcburiyyətindəydim.”

Qeyd edək ki, Azərbaycan Traxtur komandası dünyanın ən populyar türk futbol komandasıdır. Traxturun yalnız İranda 35 milyonu sevəni var. Dünyanın başqa bölgələrindəki türklər də daxil olmaqla bu komandanın azarkeşləri göstərdiyimiz rəqəmdən daha çoxdur.

Traxtur bir futbol komandasından daha çox Güney Azərbaycan türklərinin azadlıq səsidir.

Şərhlər bağlıdır.