HƏRBİ-POLİS EYVANDA OYNAYAN UŞAĞA ATƏŞ AÇIB

6 YAŞLI QIZ GÖZÜNÜ İTİRİB

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyivanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

Məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildirib ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.

Şərhlər bağlıdır.