BU “MEYDAN”, BU DA “AZAD” ŞEYTANCIQLAR

Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum birmənalı şəkildə terror hadisəsi olmaqla yanaşı, beynəlxalq hüququn pozuntusudur. Səfirliyə hücum bir daha göstərdi ki, terror dövləti olan İran bu statusu saxlamaqda israrlıdır. Lakin təəssüflə qeyd edilməlidir ki, hələ də, dünya dövlətləri bu terrora lazımi qiymət verməyə tələsmirlər.

Maraqlı olan odur ki, hadisənin üstündən xeyli keçsə də, İran tərəfi nəinki hadisələrin araşdırılmasına şərait yaradır, əksinə, hər vəchlə ona maneçilik törədir. Hətta terrorçunu “psixi xəstə” adı altında xəstəxanaya saldığı barədə də xəbərlər yayılır. Burada da qeyri-adi nəsə yoxdur. Bu şəxs İran dövlətinin birbaşa tapşırğı və əmri ilə səfirliyə hücum edib. Ola bilsin bir müddət sonra azadlığa çıxa, naməlum şəkildə vəfat da edə bilər.

Bəli, bu terror aktı fars-molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır.  İran rəsmi orqanları silahlı hücumla bağlı uydurma ehtimallar irəli sürməklə cinayətin əsl mahiyyətini gizlətmək, həqiqəti ört-basdır etməyə çalışır. Terror baş verdiyi gündən insidenti məişət hadisəsi kimi qələmə verməyə çalışması da nəzərdən qaçırmamalıdır.

Baş verən terror illər uzunu İranda ölkəmizə qarşı çirkin təbliğat aparılmasının məntiqi yekunudur. Və bu çirkin fəaliyyətdə terrorçu dövlətə rəğbətini gizlətməyən, İranın müəyyən dairələrinin nəzrtində olan və maliyyləşən media strurkurlar da yaddan çıxarılmamalıdır. Bu sırada İnter.az “salamnews.az” və bu tip orqanlar da var. Həmin strukturların xəbər lentlərində terrordan sonra bir dənə də olsun İran əleyhinə xəbərə rast gələ bilməzssən.

Yeri gəlmişkən, onların dəstəkçiləri də peyda olub. Terror hadisəsi baş verən kimi, “Azad söz”, “Meydan TV” kimi çirkab axıdan resurslar İran rəsmilərinin rəsmi versiyasını təkrarlamağa başladılar. Bu hadisəni məişət hadisəsi kimi qələmə verməyə çalışdılar və proses hələ də davam edir. Bu da bir daha onların İran xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiklərini sübut edir. Xalqına, dövlətinə, şəhid olan soydaşına hörmət qoymadan hadisəni başqa səmtə yönəltməyə çalışırlar. İran tərəfinin versiyasını təkrarlamaqda davam edirlər.

Xaricdə media adı altında fəaliyyət göstərən bu qüvvələr sözsüz ki, bu fəaliyyətləri ilə öz iç üzlərini açmış oldular. Casus şəbəkəsinin, eləcə də molla rejiminin ideoloji və siyasi təxribatlarının ifadəçisi missiyasını yerinə yetirdiklərini ortaya qoymuş oldular. Görünür, xüsusi xidmət orqanlarının İrana işləyən resursların, onların rəhbərlərinin və təmsilçilərinin ifşası onlara çox pis təsir edib. Lakin anlamalıdırlar ki, prosesin davamlı olacaq, ölkənin informasiya məkanının Vətən və dövlət xainlərindən, onların sifarişli missiyalarından, ideoloji zəhərlərindən təmizlənəcək.

Azər Nuriyev

Şərhlər bağlıdır.