KANADA DA SEPAH-IN ƏL-QOLUNU YIĞIŞDIRMAQ İSTƏYİR

“Biz Kanadadan SEPAH-ın çıxarılmasını təmin edəcəyik, -bunu “Kanadanın Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr ”İran İnternational”a müsahibəsində bildirib.

“Biz polisin, Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının və Kanadanın digər təhlükəsizlik qurumlarının köməyi ilə SEPAH-la əlaqəli insanları müəyyən edərək, Kanada torpaqlarından deportasiya olunmalarını təmin edəcəyik.

Biz SEPAH-a hər hansı yardımı cinayət hesab edirik. SEPAH agentləri terrorçuları dəstəkləyir və Kanada vətəndaşlarını təhdid və təqib edir”, – Pualyevr deyib.

Beləliklə daha bir ölkə SEPAH-ın əl-qolunu yığışdırmaq niyyətindədir.

Şərhlər bağlıdır.