Dünən yenə Təbriz stadionunda milli şüar səsləndi. Təbrizin “Səhənd” stadionunda minlərlə futbol azarkeşi ayağa qalxaraq bir ağızdan səsləndi: “Azadlıq, Ədalər, Milli Hökumət!”
Artıq bu şüar bütün təbrizlilərin, Güney Azərbaycanlıların dilinin əzbəridir. Bununla da onlar 1945-1946-cı illərdə mövcud olmuş unudulmaz xalq hakimiyyətinin günümüzdə də ürəklərdə yaşatdığına, demokratik hərakatın yenidən layiqli qələbə çalacağına əminliyini və inamlarını bildirdilər.
Təbrizdə keçirilən futbol matçları hər dəfə Güneyin baş şəhərində azadlıq aşiqlərini bir yerə toplayan mitinqləri xatırladır. Qələbə topunu xalq qapıdan keçirəcək. İnanırıq ki, bu qələbəyə çox az qalıb. Əminik ki, “Azadlıq, Ədalət, Milli Hökumət!” şərəfinə şüarlar tezliklə azad ünvanda dilə gətirəcəyik.
Abdulla Əmir Haşimi Cavanşir
Şərhlər bağlıdır.