Təbrizli gənc qız ETTELAAT-da şübhəli şəkildə öldü

Bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus 20
yaşlı Sara Təbrizinin ETTELAAT (Təhlükəsizlik və
Kəşfiyyat) Nazirliyinə çağırılmasından sonra onun cansız
bədəninin evində tapıldığını bildirir.
Sosial şəbəkə istifadəçiləri dəfələrlə repressiv hökumət
qüvvələri tərəfindən təhdid edilən Sara Təbrizi haqqında
paylaşımlar edərək bildiriblər ki, o, martın 23-də sözügedən
nazirliyə çağırılıb, bir gün sonra isə evində ölü tapılıb.
Məlumata görə, sosial media istifadəçiləri güneyli qızın
ölümünü “hökumət qətli” adlandırıblar.
Qeyd olunub ki, Sara Təbrizi 2023-cü ilin oktyabr-noyabr
aylarında həbs edilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.